
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya birgə təşkilatçılığı ilə 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib.
Sərgidə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihərəhbəri Elnurə İsgəndərova, YAP Yasamal rayontəşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, medianümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlarvə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında baştutuan sərgidə 50 nəfər rəssamın əsərləri təqdim edilib. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zənginsənət nümunələri nümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevçıxış edərək 21 sentyabr – Beynəlxalq Sülh Günününbəşəriyyət üçün mühüm siyasi və mənəvi əhəmiyyətdaşıdığını qeyd edib. O bildirib ki, sülh yalnızmüharibələrin və qarşıdurmaların olmaması deyil, dövlətlər arasında etimadın, qarşılıqlı hörmətin vəəməkdaşlığın möhkəmləndirilməsi deməkdir. BəxtiyarNəbiyev Azərbaycanın uzun illər ərzində regionda sülhünvə təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl vəməqsədyönlü siyasət həyata keçirdiyini vurğulayıb. Sədrqeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazibütövlüyünün və suverenliyinin bərpa olunması CənubiQafqazda yeni siyasi reallıq yaradıb. O bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistanarasında sülh sazişinin razılaşdırılmış mətnininparaflanması regionda davamlı sülhün təmin edilməsiistiqamətində mühüm tarixi addım olub. Bəxtiyar Nəbiyevvurğulayıb ki, Azərbaycan əldə etdiyi Zəfərdən sonra dasülh gündəliyinə sadiqliyini nümayiş etdirərək CənubiQafqazda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadınmöhkəmləndirilməsinə mühüm töhfələr verir. O qeyd edibki, Vaşinqtonda əldə olunan razılaşmalar regiondakommunikasiyaların açılması, iqtisadi əlaqələringenişlənməsi və xalqlar arasında yeni əməkdaşlıqmühitinin formalaşması üçün mühüm imkanlar yaradıb. Sədr “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisinin də məhzbelə bir mühüm siyasi və ictimai reallıq fonunda sülhideyalarının təbliği baxımından xüsusi əhəmiyyətdaşıdığını bildirib. O vurğulayıb ki, gənclərin və yaradıcıinsanların sülh, həmrəylik, humanizm və qarşılıqlıanlaşma ideyalarını dəstəkləməsi Azərbaycanın sülhgündəliyinin cəmiyyətdə daha geniş şəkildə təbliğinəxidmət edir. Bəxtiyar Nəbiyev sərginin təşkilatçılarına vəiştirakçılarına təşəkkür edərək, sülhün və əmin-amanlığınmöhkəmləndirilməsinə xidmət edən bu cür təşəbbüslərindavamlı olmasını arzulayıb.
Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurəİsgəndərova çıxış edərək rəsm sərgisinin əhəmiyyətindən bəhs edib. Rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Çıxışlardan sonra rəssamlara diplomlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.


















