
Sosial hüquqlar yalnız əməkhaqqının artırılması ilə ölçülmür. Pensiya, sosial sığorta, elektron xidmətlər və gələcək təminat imkanları hərbi qulluqçunun sosial hüquqlarının bütöv sistemini formalaşdırır. Yeni islahat paketi də bu hüquqların müxtəlif komponentlərini əhatə edir.
Əməkhaqqı sisteminin dəyişdirilməsi xidmət dövründə sosial təminatı, pensiya mexanizminin yenilənməsi isə xidmət başa çatdıqdan sonrakı mərhələni əhatə edir. Elektron pensiya təyinatı isə həmin hüquqların həyata keçirilməsində inzibati prosedurları sadələşdirməyə yönəlir.
Belə kompleks yanaşma sosial hüquqların vahid sistem kimi qorunmasına imkan yaradır. Hərbi qulluqçuların sosial təminatının müxtəlif mərhələlərdə davamlı olması peşəkar xidmət sisteminin sosial dayaqlarını gücləndirir.
Fariz Hüseyinli,
YAP Nizami rayon təşkilatının fəalı



