AnalitikaGündəmSiyasət

Kəlbəcər – Qürurun, Zəfərin və Azadlığın ünvanı

25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusiyer tutan, milli qürur və dövlətçilik iradəsini təcəssüm etdirən əlamətdar günlərdənbiridir. Əzəmətli dağları, zəngin təbiəti, saf bulaqları və qədim yaşayış məskənləriilə seçilən Kəlbəcər Azərbaycanın ən qiymətli diyarlarından biridir. Bu torpaqəsrlər boyu öz təbii gözəllikləri, mədəni irsi və zəngin tarixi ilə xalqımızınhəyatında mühüm rol oynamışdır. Kəlbəcərin hər qayası, hər cığırı, hər bulağıAzərbaycan tarixinin ayrılmaz parçası, milli kimliyimizin canlı yadigarıdır.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənKəlbəcər uzun illər doğma yurdlarından ayrı düşmüş insanların nisgilinə çevrildi. İşğal dövründə şəhərin və kəndlərin tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, yaşayış evləri dağıdıldı, təbii sərvətlər talan edildi. Lakin bütün bu çətinliklərəbaxmayaraq, kəlbəcərlilərin doğma torpağa bağlılığı, qayıdış ümidi və Vətənsevgisi heç vaxt sönmədi. Onlar illər boyunca bir gün öz ata-baba yurdlarınadönəcəklərinə inandılar və bu inamı gələcək nəsillərə ötürdülər.

2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər AliBaş Komandan İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər rayonunun işğaldan azadedilməsi xalqımızın tarixi qələbəsinin mühüm mərhələsi oldu. Bu hadisə yalnızərazi bütövlüyümüzün bərpası deyil, həm də onilliklər boyu ürəklərdə yaşadılan birarzunun gerçəkləşməsi idi. Kəlbəcərin azadlığı Azərbaycan dövlətinin siyasiiradəsinin, diplomatik məharətinin və qüdrətinin bariz göstəricisinə çevrildi. Hər il25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi qeyd olunması bu tarixi hadisəninmilli yaddaşımızda əbədi yaşadılmasına xidmət edir.

Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yollarçəkilir, infrastruktur yenilənir, yaşayış məntəqələrinin yenidən qurulmasıistiqamətində mühüm layihələr icra olunur. Dövlətimizin diqqət və qayğısınəticəsində Kəlbəcər yenidən dirçəliş yoluna qədəm qoyur. İnanırıq ki, bu qədimşəhərin küçələrində həyat daha da canlanacaq, doğma yurduna qayıdan sakinlərinsəsi dağlara yayılacaq. Kəlbəcər artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanınqalib gələcəyinin və əbədi suverenliyinin rəmzidir.

Rauf Məmmədov,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button