
Tarix boyu Azərbaycan xalqı öz torpaqlarına bağlılığı, milli kimliyini qorumaqəzmi və mübarizə ruhu ilə seçilib. Bu xüsusiyyətlər xalqımızın ən çətin dövrlərdəbelə öz gələcəyinə inamını itirməməsinə imkan yaradıb. Kəlbəcər də xalqımızın busarsılmaz iradəsinin təcəssüm etdiyi müqəddəs torpaqlardan biridir. Onun təbiigözəllikləri, qədim tarixi və zəngin mədəni irsi Azərbaycan dövlətinin millisərvətidir. 25 Noyabr – Kəlbəcər Şəhəri Günü isə dövlətimizin gücünü vəxalqımızın tarixi torpaqlarına qovuşmaq əzmini nümayiş etdirən mühüm tarixdir.
Kəlbəcərin işğal altında olduğu illərdə Azərbaycan dövləti ərazi bütövlüyününbərpasını daim əsas prioritet kimi müəyyənləşdirmişdi. Ölkəmizin siyasi, iqtisadivə hərbi qüdrətinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərtarixi Qələbənin əldə olunmasına mühüm zəmin yaratdı. 2020-ci il Vətənmüharibəsində qazanılan Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi azadedildi. Noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması isə bu tarixiqələbənin mühüm nəticələrindən biri oldu. Bu hadisə bir daha sübut etdi ki, güclüdövlət, xalq-iqtidar birliyi və qüdrətli ordu milli məqsədlərimizingerçəkləşməsində həlledici amillərdir.
Bu gün Kəlbəcərdə həyata keçirilən layihələr Azərbaycanın yalnız keçmişi bərpaetmədiyini, eyni zamanda gələcəyi qurduğunu göstərir. Bölgədə yol-nəqliyyatinfrastrukturunun yaradılması, elektrik enerjisi və rabitə təminatınınyaxşılaşdırılması, yaşayış məntəqələrinin yenidən qurulması dövlətimizin stratejiinkişaf siyasətinin mühüm istiqamətləridir. Kəlbəcərin zəngin təbii resurslarındansəmərəli istifadə, turizm imkanlarının genişləndirilməsi və iqtisadi fəaliyyətincanlandırılması bölgənin uzunmüddətli inkişafına xidmət edəcək. Bu işlərAzərbaycanın qüdrətinin və quruculuq potensialının real göstəricisidir.
Milli Aviasiya Akademiyasının tələbəsi olaraq hesab edirəm ki, müasirAzərbaycan gəncliyi ölkəmizin qazandığı tarixi nailiyyətləri dərindən dərk etməlivə bu uğurların davam etdirilməsi üçün bilik və bacarıqlarını inkişaf etdirməlidir. Kəlbəcərin azadlığı bizə dövlət müstəqilliyinin, milli birliyin və Vətənə sədaqətinəsl dəyərini göstərir. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri əldə etdiyimizZəfəri qorumaq, ölkəmizin inkişafına töhfə vermək və gələcək nəsillərə güclüAzərbaycan miras qoymaqdır. Kəlbəcər bu böyük amalın ən parlaq rəmzlərindənbiri olaraq daim qəlbimizdə yaşayacaq.
Milli Aviasiya Akademiyasının tələbəsi– Xəzər rayonunun gənc fəalı



