AnalitikaDünyaGündəm

Kənd Təsərrüfatı və Emal Sektorunda Azərbaycan-Özbəkistan Tərəfdaşlığı

Kənd təsərrüfatı və emal sektoru Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əlaqələrin ənənəvi və sürətlə inkişaf edən istiqamətlərindən biridir. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində malik olduğu böyük potensial şaxələndirilmiş şəkildə inkişaf etdirilir. Bu sahədə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Özbəkistanda kənd təsərrüfatının şaxələndirilməsi istiqamətində görülən işlər və tətbiq olunan müasir texnologiyalar yüksək bəhrə verir. Azərbaycanlı mütəxəssislər də bu proseslərdə fəal iştirak edərək qardaş ölkə ilə təcrübə bölüşürlər. Emal sektorunda qurulan müştərək müəssisələr məhsul istehsalını artırmağa və yeni bazarlara çıxmağa imkan yaradır.

Regionlararası əməkdaşlıq forumlarında kənd təsərrüfatı sahəsində birgə layihələrin müzakirəsi xüsusi yer tutur. Fermerlər və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar arasında birbaşa əlaqələrin qurulması ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Bu sahədə əldə olunan nailiyyətlər hər iki ölkənin kənd yerlərinin sosial-iqtisadi inkişafını sürətləndirir.

Aqrar sektorun inkişafı həm də əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Azərbaycan və Özbəkistan hökumətləri kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün zəruri dəstək göstərirlər. Bu tərəfdaşlıq ərzaq təhlükəsizliyi sahəsində regional sabitliyin təmin olunmasına mühüm töhfədir.

Günay Quluzadə,
YAP Nizami rayon təşkilatının “Əlif Hacıyev küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button