Laçının alınması ilə bütün ərazilərimizin azad edilməsi başa çatdı
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır. Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayonun mərkəzi Laçın şəhəridir.
1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonumuzu – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi. Buda Ermənistan tərəfinin məğlub olaraq ,kapitulasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonu bir güllə atilamdan Azərbaycana təhvil verilidi. Laçın rayonu işğaldan azad edildi. Laçının alınması ilə bütün ərazilərimizin azad edilməsi başa çatdı. 30 ilə yaxın dövrdə bu torpaqlar erməni vandalizminə məruz qalmışdır. Muharibdən sonra azad edilmiş ərazilərdə lentə alınmış görüntülər buna bariz nümunə idi.Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə yenidən qurma işləri gedir.Ali Baş komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin,qazilərimizin canı, qanı bahasına alınmış Qarabağ tezliklə cənnətə çevriləcək.
Həmidə Ələfsərova
Kimya-Biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı