AnalitikaGündəmSiyasət

Yeni reallığın diplomatik mənzərəsi

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuşdiplomatik korpusun nümayəndələrinin Qarabağ ŞərqiZəngəzura səfəri ölkəmizin postmünaqişə dövründə həyatakeçirdiyi siyasətin işğaldan azad edilmiş ərazilərdəaparılan genişmiqyaslı bərpa-quruculuq işlərininbeynəlxalq nümayəndələrə yerində nümayiş etdirilməsibaxımından mühüm əhəmiyyət daşıdı. Səfərdə 58 ölkə 9 beynəlxalq təşkilatı təmsil edən 150 nümayəndənin iştiraketməsi tədbirin geniş beynəlxalq təmsilçiliyini göstərir. Diplomatlar Xankəndi, Şuşa, Ağdərə Kəlbəcərdəaparılan quruculuq işləri, sosial-iqtisadi inkişaf tarixi-mədəni irsin qorunması ilə tanış olublar.

Səfərin diqqət çəkən məqamlarından biri isəErmənistanın bəzi siyasi media dairələrinin buna verdiyireaksiyalar oldu. Ayrı-ayrı erməni media resurslarındadiplomatik nümayəndələrin Azərbaycana səfərinə görətənqidi təzyiq xarakterli fikirlər səsləndirildi. Buyanaşma Azərbaycan mediasında bəzi ekspertçevrələrində revanşist düşüncənin təzahürü kimiqiymətləndirildi.

Əslində, burada əsas sual budur: Azərbaycanın suverenərazisinə xarici diplomatların səfəri niyə Ermənistanınmüəyyən dairələrində belə narahatlıq doğurur? Söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən gedir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının suveren əraziləridir. Xarici diplomatik nümayəndələrin bu ərazilərə səfərinin təşkil olunması Azərbaycanın suveren hüquqları çərçivəsində həyata keçirilir. Buna görə də həmin səfərlərin Ermənistanın ayrı-ayrı siyasi dairələri tərəfindən hədəfə alınması, ilk növbədə, Azərbaycanın öz ərazisində həyata keçirdiyi fəaliyyətə münasibət məsələsidir.

Diplomatların bölgəyə səfərinin əsas əhəmiyyəti isə onların reallığı yerində görmək imkanına malik olmasıdır. Xankəndidə, Şuşada, Ağdərədə və Kəlbəcərdə aparılan quruculuq işləri, yeni yollar, sosial obyektlər, yaşayış məntəqələri və tarixi-mədəni irsin bərpası bölgədə formalaşan yeni reallıqları əyani şəkildə nümayiş etdirir.Məhz bu məqam Ermənistanın bəzi revanşist dairələrini narahat edən amillərdən biri kimi görünür. Çünki beynəlxalq diplomatların bölgədəki vəziyyətlə bilavasitə tanış olması uzun illər ərzində formalaşdırılmış birtərəfli təsəvvürlərin real mənzərə ilə müqayisəsinə imkan verir.

Erməni mediasında səfərə qarşı yayılan bəzi materiallarda diplomatların tənqid olunması və onların Azərbaycana səfərinin legitimliyinin şübhə altına alınmasına cəhd göstərilməsi də diqqətdən kənarda qalmadı. Belə yanaşmaların diplomatik münasibətlərə və sülh prosesinə xidmət etmədiyi barədə fikirlər səsləndirildi.Burada mühüm məqam ondan ibarətdir ki, sülh prosesi yalnız dövlətlər arasında sənədlərin imzalanması ilə məhdudlaşmır. Davamlı sülh üçün siyasi düşüncənin dəyişməsi, yeni reallıqların qəbul edilməsi və qonşu dövlətin suverenliyinə hörmətlə yanaşılması da vacibdir.

Bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin formalaşmasından və münasibətlərin normallaşdırılmasından danışılır, digər tərəfdən Azərbaycanın öz ərazisinə xarici diplomatların səfərinə qarşı etiraz kampaniyaları aparılırsa, burada müəyyən ziddiyyət yaranır. Bu ziddiyyət Ermənistanın bəzi siyasi və media dairələrinin mövqeyində daha aydın görünür.

Azərbaycanın mövqeyi isə aydındır: Qarabağ və Şərqi Zəngəzur Azərbaycan ərazisidir və burada həyata keçirilən bərpa-quruculuq işləri dövlətimizin suveren hüquqları çərçivəsində aparılır. Böyük Qayıdış proqramı ilə bu ərazilərdə həyat yenidən qurulur, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
Diplomatik nümayəndələrin həmin prosesləri yerində müşahidə etməsi Azərbaycan üçün mühüm diplomatik imkan olmaqla yanaşı, bölgədəki dəyişikliklərin beynəlxalq ictimaiyyətə birbaşa çatdırılması baxımından da əhəmiyyətlidir. Azərbaycanın bu məsələdə əsas üstünlüyü real nəticələrdir. İşğaldan azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin salınması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası artıq sözlə deyil, əyani şəkildə nümayiş etdirilən reallıqdır. Diplomatların bu prosesləri öz gözləri ilə görməsi onların bölgə haqqında daha dolğun təsəvvür formalaşdırmasına imkan verir.

Bu baxımdan səfərə qarşı çıxan revanşist yanaşmaların mahiyyəti üzərində düşünmək lazımdır. Əgər məqsəd regionda davamlı sülhün və sabitliyin təmin edilməsidirsə, real vəziyyətin beynəlxalq nümayəndələr tərəfindən yerində müşahidə edilməsindən narahatlıq keçirilməsinin məntiqi əsası zəifləyir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterliantiterror tədbirləri nəticəsində isə ölkəmizin bütünərazisində dövlət suverenliyi bərpa olundu. Bundan sonraəsas məqsədlərdən biri regionda davamlı sülhün əməkdaşlığın formalaşdırılmasıdır.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Ermənistan arasında sülh prosesinin mühüm mərhələsinəçevrilən Birgə Bəyannamənin imzalanması sülh sazişilayihəsinin paraflanması regionda yeni siyasi mərhələninformalaşdığını göstərdi. Belə bir şəraitdə revanşistritorikanın Azərbaycanın suveren ərazilərində keçirilənsəfərlərə qarşı çıxışların sülh gündəliyinə hansı töhfəniverdiyi ciddi sual doğurur.

Azərbaycanın diplomatik səfərlərlə bağlı siyasətininmühüm tərəfi şəffaflıqdır. Xarici diplomatların işğaldanazad edilmiş ərazilərə dəvət olunması bölgədə görülənişlərin beynəlxalq nümayəndələrə açıq şəkildəgöstərilməsinə xidmət edir. Bu, Azərbaycanın özmövqeyinə yaratdığı reallıqlara inamının göstəricisidir.Eyni zamanda qeyd etmək lazımdır ki, səfərə dair bütünerməni cəmiyyətinin eyni mövqedə olduğunu söyləməkdüzgün olmaz. Ermənistanın siyasi ictimai mühitindəfərqli yanaşmalar mövcuddur. Buna görə ayrı-ayrırevanşist dairələrin mövqeyini bütövlükdə Ermənistancəmiyyətinin mövqeyi kimi təqdim etmək doğru deyil.

Bu gün əsas məsələ regionun sülh, təhlükəsizlik əməkdaşlıq məkanına çevrilməsidir. Bunun üçünErmənistanın mövcud reallıqları qəbul etməsi, qarşılıqlısuverenliyə hörmət etməsi düşmənçilik ritorikasındanuzaqlaşması vacibdir.

Qarabağ Şərqi Zəngəzura diplomatik səfər məhzyeni reallıqların beynəlxalq nümayəndələrə yerindəgöstərilməsi baxımından mühüm hadisə oldu. Revanşistdairələrin buna reaksiyası isə bir daha göstərdi ki, regiondadavamlı sülh üçün siyasi sənədlərlə yanaşı, düşüncətərzinin dəyişməsi zəruridir.

Azərbaycan öz yolunu müəyyən edib: Zəfərdən quruculuğa, quruculuqdan Böyük Qayıdışa, qarşıdurmadan davamlı sülhə və regional əməkdaşlığa doğru. Bu yol Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, milli maraqları və regionda davamlı sülhün təmin olunması prinsipləri üzərində qurulub.

 

Eldar Həsənov,
Qərbi Azərbaycan icması Ziyalılar Şurasının üzvü, dosent

Oxşar Xəbərlər

Back to top button