AnalitikaGündəmSiyasət

Milli həmrəyliyin möhkəmlənməsində Yeni Azərbaycan Partiyasının rolu

Cəmiyyətin vahid amal ətrafında birləşməsi və milli həmrəyliyin qorunması dövlət müstəqilliyinin dayanıqlığını təmin edən əsas amillərdəndir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkədə vətəndaş birliyinin formalaşmasına və ictimai parçalanmanın aradan qaldırılmasına xidmət edən siyasi xətt yürütmüşdür. Partiyanın fəaliyyəti milli maraqların bütün dar qrup və fərdi mənafelərdən üstün tutulması prinsipinə əsaslanır.

Ölkənin qarşılaşdığı taleyüklü sınaqlar zamanı Yeni Azərbaycan Partiyası xalqla iqtidar arasındakı birliyin daha da sıxlaşmasında birləşdirici mərkəz kimi çıxış etmişdir. Bu birlik dövlətin daxili dayanıqlığını artırmaqla yanaşı, xarici təhdidlərə qarşı vahid mövqenin nümayiş etdirilməsinə imkan yaratmışdır. Partiya üzvlərinin cəmiyyətin bütün təbəqələrini təmsil etməsi bu həmrəyliyin sosial əsasını gücləndirir.

Müasir mərhələdə milli həmrəylik anlayışı həm də ortaq inkişaf hədəfləri ətrafında səfərbərlik mənasını daşıyır. Yeni Azərbaycan Partiyası cəmiyyətin müxtəlif institutları ilə sıx əməkdaşlıq edərək ümummilli ideyaların təşviqini həyata keçirir. Bu fəaliyyət vətəndaşların dövlət quruculuğu prosesində fəal iştirakını stimullaşdırır.

Otuz dörd illik tarixi təcrübə göstərir ki, milli həmrəylik Yeni Azərbaycan Partiyasının siyasi fəlsəfəsinin ayrılmaz tərkib hissəsidir. Partiya bundan sonra da cəmiyyətdə birlik, qarşılıqlı etimad və vətəndaş həmrəyliyinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Milli birlik dövlətimizin ən böyük dayağıdır.

Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button