
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbirlər çərçivəsində Səncərədi kəndində ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib və şəhid ailələri ziyarət olunub. Görüşlərdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov və aparatın əməkdaşları iştirak ediblər.
Görüşlər zamanı Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən strateji hədəflər, qarşıda duran vəzifələr və partiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısının çıxışında irəli sürülən müddəaların əhəmiyyəti, onların həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub.
Qarşılıqlı və səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə şəhid ailələrinin cəmiyyətimizdəki xüsusi yeri, onların problemlərinə həssas yanaşılmasının və dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının əhəmiyyəti vurğulanıb.
İştirakçılar Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf istiqamətlərinin və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdən bəhs ediblər.




