Tarixi Zəfər paradı Azərbaycan dövlətinin gücünü nümayiş etdirmişdir
Vətən müharibəsi Azərbaycan Respublikasının tarixində özünəməxsus yer tutur. 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ölkəmizin tarixi qələbəsi ilə başa çatmışdır. Bu böyük qələbə, bu tarixi Zəfər hətta dünyanın aparıcı qüvvələrinin də diqqətini çəkdi. Sadəcə 44 gün ərzində 30 illik həsrətə son qoyuldu. Belə tarixi Zəfərə elə tarixi bir Zəfər paradı yaşardı.2020-ci il 10 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dillərə dastan olan Zəfər paradı keçirildi. Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fəxri qonaq qismində iştirak edirdi. İki qardaş ölkənin dövlət başçıları paradı birlikdə qəbul etdilər. Qardaş Türkiyə Respublikasının Prezidentinin parad zamanı orda olması Azərbaycan – Türkiyə münasibətlərinin möhkəmliyindən, dərinliyindən xəbər verirdi. Həmçinin, bütün dünyaya ölkəmizin bu haqlı mübarizəsində yalnız olmadığını, eyni kökə, eyni tarixə malik qardaş Türkiyə Respublikasının yanımızda olduğunu göstərdi.
Zəfər paradı Bakının Azadlıq meydanında keçirilmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Həmçinin paradda Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin atıb qaçdığı hərbi texnikalar, hərbi qənimətlər də nümayiş olundu. Bu da öz növbəsində Azərbaycanın gücünü və Azərbaycan Silahlı Qüvvələriin şücaətini bir daha sübut edirdi.
İkinci Qarabağ müharibəsi və tarixi Zəfərimizin şərəfinə keçirilən parad bir daha Azərbaycan Respublikasının gücünü və qüdrətini dünyaya nümayiş etdirdi. Əlbəttə ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində mümkün olmuşdur.
Zərxanım Abbasova,
YAP-ın fəalı