Siyasət

Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Parti Küçükçekmece rayon təşkilatının qərargahını ziyarət edib

Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti AK Parti Küçükçekmece rayon təşkilatının qərargahını ziyarət edib.

Reportyorinfo.az xəbər verir ki, AK Parti Küçükçekmece rayon təşkilatının sədri Receb Şencan və İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım ilə keçirilən görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb.

Görüşdən sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, AK Parti Küçükçekmece rayon təşkilatının sədri Receb Şencan və İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım çıxış edərək iki ölkə arasında münasibətlərin tarixin ən yüksək zirvəsində olduğunu və bu əlaqələrin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində daha da inkişaf edəcəyinə əminliyini ifadə ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button