AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: mədəni diplomatiya və milli irsin qorunması

YAP VIII Qurultayının gündəliyində Azərbaycanın milli-mədəni dəyərlərinin qorunması və beynəlxalq miqyasda təbliğində xüsusi əhəmiyyət kəsb edir. Dövlətin beynəlxalq nüfuzu yalnız iqtisadi və siyasi güclə formalaşmır. Tarix, mədəniyyət, ədəbiyyat, incəsənət və milli irs də ölkənin yumşaq gücünün əsas elementləridir. Azərbaycan zəngin mədəni irsi ilə beynəlxalq mədəni dialoqda özünəməxsus mövqeyə malikdir.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi mühüm yer tuturdu. Ulu Öndər Heydər Əliyev milli kimliyin qorunmasını dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi qiymətləndirirdi. Bu yanaşma Azərbaycançılıq ideologiyasının ictimai şüurda möhkəmlənməsinə və müxtəlif sosial qrupları birləşdirən ümumi dəyərlər sisteminin formalaşmasına mühüm təsir göstərib.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində də mühüm addımlar atılıb. Qarabağda və Şərqi Zəngəzurda tarixi-mədəni irsin bərpası bu siyasətin xüsusi istiqamətidir. İşğal dövründə dağıdılmış və zədələnmiş mədəni abidələrin bərpası yalnız tarixi ədalətin bərpası deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

YAP-ın mədəni diplomatiya sahəsində fəaliyyəti siyasi maarifləndirmə və milli dəyərlərin təbliğinlə tamamlanmalıdır. Gənc nəslin Azərbaycanın tarixi, ədəbiyyatı, musiqisi, mədəniyyət abidələri və milli dövlətçilik ənənələri haqqında dərin biliklərə malik olması milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda Azərbaycan mədəniyyətinin beynəlxalq auditoriyalara düzgün təqdim olunması ölkənin müsbət imicinin formalaşmasına kömək edir.

YAP VIII Qurultayı bu baxımdan milli irsin qorunmasını gələcək dövlətçilik strategiyasının mühüm tərkib hissəsi kimi nəzərdən keçirmək üçün əlverişli siyasi platformadır. Tarixi yaddaşını qoruyan, mədəniyyətini inkişaf etdirən və öz dəyərlərini dünyaya təqdim edən dövlət daha güclü milli identikliyə malik olur. Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünün mədəni potensialla tamamlanması ölkənin beynəlxalq təsir imkanlarını daha da genişləndirə bilər.

Fidan Əliyeva,
YAP Nizami rayon təşkilatının fəal üzvü

Oxşar Xəbərlər

Back to top button