AnalitikaGündəmSiyasət

Zəfərdən tam suverenliyə: Yeni Azərbaycan Partiyasının VIII Qurultayının siyasi xətti

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bizim üçünadi bir hesabat-seçki toplantısından qat-qat artıq mənadaşıyır. Bu, Azərbaycanın ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etdiyi yeni mərhələnin ilk qurultayıdır, və bu cümlənin arxasında on illərlə davam edənhəsrət, mübarizə və səbr dayanır. 2021-ci ildə VII qurultayZəfərin təzə sevincini yaşadığımız günlərdə keçirilmişdi. İndi isə həmin Zəfər artıq dövlət siyasətinin təbii zəminidirvə Prezident İlham Əliyevin çıxışı bunu çox aydın göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının Sədri cənab İlham Əliyev sözün əsl mənasındapartiyanın və ölkənin gələcək xəttini bir dahamüəyyənləşdirdi. Cənab Prezidentin çıxışında bizi xüsusiləqürurlandıran fikir Azərbaycanın işğala təkbaşına son qoyması və regionda yeni reallıqlar yaratması oldu. Müharibə dövründə ölkəyə təzyiqlərin göstərildiyini, hədələrin səsləndiyini, hətta sanksiyaların müzakirəedildiyini hamımız xatırlayırıq. Buna baxmayaraqAzərbaycan geri çəkilmədi, öz xalqının haqq işini sonaçatdırdı. 8 noyabr Zəfər günü ilə 20 sentyabr tam suverenliyin bərpa olunduğu gün qurultayın siyasi xəttininiki sütunu kimi səsləndi və bu, tamamilə yerinə düşən vurğuidi, çünki bu tarixlər xalqımızın yaddaşında əbədi qalacaq.

Çıxışın ən dərin və strateji hissələrindən biritəhlükəsizlik anlayışının geniş şəkildə izah edilməsi oldu. Prezident İlham Əliyevin söylədiyi kimi əsas vəzifələrdənbiri hərbi gücümüzün artırılmasıdır və biz bunu çox düzgünyanaşma hesab edirik. Zəfər qazanmaq bir iş, onu qorumaqisə başqa və daha məsuliyyətli bir işdir. Güclü ordusuolmayan ölkənin sülh danışıqlarında sözü də zəif olur. Eynizamanda Prezident İlham Əliyev təhlükəsizliyin yalnızsərhədlərin müdafiəsi ilə məhdudlaşmadığını, iqtisadi, enerji, informasiya və ideoloji sahələri də əhatə etdiyini bildirdi. Azərbaycan dilində xaricdən yayılan təxribat xarakterliməzmunlara diqqət çəkməsi də vaxtında və yerində idi, çünki müasir dövrdə informasiya müharibəsi də real müharibənin tərkib hissəsidir. Bu gözəgörünməz cəbhədə dəayıq olmaq bizim ortaq borcumuzdur.

Xarici siyasət barədə söylədiyi fikirlər isə Azərbaycanındünyada tutduğu yeri açıq göstərdi. Ölkəmiz Çin və ABŞ iləstrateji tərəfdaşlıq qurub, Avropa İttifaqının 10 üzvü iləstrateji tərəfdaşlıq formatına malikdir və Mərkəzi Asiya iləəlaqələri yeni səviyyəyə çatdırıb. Bu, balanslı, praqmatik vəmilli maraqlara əsaslanan siyasətin nəticəsidir. Onu da unutmaq olmaz ki, otuz il ərzində yeni üzv qəbul etməyən D-8 təşkilatına qəbul olunan yeganə ölkə Azərbaycan oldu. Enerji resursları ilə zəngin ölkənin geosiyasi və təhlükəsizlikamilinə çevrilməsi də məhz uzaqgörən xarici siyasətinbəhrəsidir. Ermənistanla ticarətə başlanması isə göstərir ki, Azərbaycan sülhdən və yeni regional reallıqdan qorxmur, əksinə, bu reallığı konstruktiv şəkildə formalaşdırmağahazırdır.

Cənab Prezident İlham Əliyevin gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin qaldırılacağıbarədə artıq göstəriş verildiyi mesajını verməsi, eynizamanda son iki ildə keçirilən Beynəlxalq İnvestisiyaforumlarında imzalanan kontraktların həcminin 20 milyarddollardan çox olması sosial rifahın iqtisadi əsasının da möhkəm olduğunu sübut edir. Qurultayın qəbul etdiyiqərarlara gəldikdə, tam doğru və vaxtında qəbul edilmişqərarlardır.

İdarə Heyətinin 40 nəfərlik yeni tərkibinin təsdiqlənməsitəcrübənin və yeni qüvvənin birləşdiyini göstərir. Nizamnamədə partiya sədrinin səlahiyyət müddətinə dairbeşillik məhdudiyyətin çıxarılması da bizim baxışımızdapartiyanın öz ardıcıllığını, sabitliyini və liderlə bağlı xalqetibarını əks etdirir. Dünyanın bu qədər qeyri-sabit olduğubir dövrdə sınanmış, xalqın etimadını qazanmış rəhbərliyindavamlılığı partiya üçün də, ölkə üçün də mühümüstünlükdür.

Biz Prezident İlham Əliyevin rəhbərliyi altındaAzərbaycanın qalib dövlətə çevrildiyini, bu gün də hərsahədə inkişaf etdiyini görürük, ona görə bu qərarı həmməntiqli, həm də tarixi təcrübəyə uyğun sayırıq. VIII Qurultay göstərdi ki, Yeni Azərbaycan Partiyası yalnızkeçmiş uğurları ilə fəxr edən deyil, onları qoruyub inkişafetdirməyi bacaran partiyadır. Cənab Prezidentin çıxışı bizəbir daha xatırlatdı ki, qarşıdakı əsas vəzifə əldə olunanlarımöhkəmləndirmək, güclü ordu qurmaq, iqtisadiyyatışaxələndirmək, sosial rifahı artırmaq və öz qərarlarımızıözümüzün verməsini təmin etməkdir.


Fuad Həbibzadə,
YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button