Sosial

Fiziki məhdudiyyətli şəxslər üçün Ramazan tədbiri keçirilib

“Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin və “Erfolg events” MMC-nin birgə təşkilatşılığı, “Umman Group”un baş sponsorluğu, “AzPower” MMC-nin sponsorluğu, “N-Advert” şirkətinin çap tərəfdaşlığı, “İsmayılzadə Projects” şirkətinin kreativ tərəfdaşlığı, “Ələddin” MMC-nin təşkilati dəstəyi ilə əlilliyi olan şəxslərlə birlikdə Ramazan Tədbiri keçirilib.

Reportyorinfo.az xəbər verir ki, tədbir ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyin sədri Günay Ağazadə çıxış ediblər.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti Könül Xasıyevanın, qarmon ifaçısı görmə məhdudiyyətli Fidan Quliyevanın, görmə məhdudiyyətli prezident mükafatçısı Rəvanə Ağamirovanın, Cahan Musiqi qrupunun ifaları, TAC Rəqs qrupunun, COOL Band musiqi qrupunun, Milli Davul və Zurna qrupunun maraqlı çıxışları olub.

Tədbirin sonunda dəstəkçi şirkətlər və könüllülər təltif ediliblər.

Oxşar Xəbərlər

Back to top button