GündəmSosial

İnternat Məzunlarının Biznes Emalatxanası adlı layihə başa çatıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Könül Evi Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “İnternat Məzunlarının Biznes Emalatxanası” adlı layihə başa çatıb.

Reportyorinfo.az xəbər verir ki, İnternat məzunlarının iştirak etdiyi biznes təlimlərdə yeni sahibkarlığa başlamaq istəyənlər üçün bütün lazımı məlumatlar çatdırılıb.

Qeyd edək ki, layihənin məqsədi internat məzunlarının karyera və sahibkarlıq imkanlarının artırılmasıdır. Layihə rəhbəri Rüxsarə Axundovadır.

Layihə çərcivəsində; – Layihə cəmiyyətin həssas təbəqəsi olan internat məktəbi məzunlarının xüsusi həssas qrupu olan həbsxanadan yeni çıxmış və ya insan alverinin qurbanı olmuş şəxslərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, öz icmalarının yaradılması, inkişaf etdirilməsi məqsədi daşıyır.

– Layihədə əsas istiqaməti internat məzunlarının xüsusi həssas qrupununun, sahibkarlıq fəaliyyətinə dəstək verməklə onların cəmiyyətə sahibkar kimi inteqrasiyası, məşğulluq problemlərinin həlli üçün aktual səbəbləri nəzərə alaraq onlara həm nəzəri, həm də praktiki dəstək verməkdir.

– Layihə çərçivəsində iştirakçılara biznes planın hazırlanması, sahibkarlıq, biznes və sosial adaptasiya olunması mövzularında təlimlər keçiriləcək. Bundan əlavə 10 nəfər üçün biznes plan hazırlanacaq, özünüməşğulluq proqramı üçün müraciətlər hazırlanacaq.

– Paralel olaraq sahibkarlıq üzrə keçirilən konsultasiyalar vasitəsilə iştirakçılar Dünya Bankı, Məşğulluq Agentliyi , Peşə Təhsili Üzrə Dövlət Agentliyi ilə əlaqəli çalışmaqları üçün imkanlar barədə məlumatlandırılacaq və xüsusi müraciət formaları hazırlanaraq təmin ediləcək.

Oxşar Xəbərlər

Back to top button