SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Qarabağ əcnəbi tələbələrin gözündə” adlı layihənin bağlanış mərasimi baş tutub.
Reportyorinfo.az xəbər verir ki, tədbir BANM-ın ev sahibliyi, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib. Ali Məktəbin Tədbirlərin və sərgilərin təşkili şöbəsinin Tarixi araşdırmalar üzrə mütəxəssisi Pərvin Ahənçi tərəfindən Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələrə Qarabağ tarixi, bölgənin ictimai-siyasi mənzərəsi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilib.
Layihənin meneceri isə BANM-ın Beynəlxalq əlaqələr şöbəsinin böyük metodisti Şəfəq Vəliyevadır.
Sonda 3 aktiv tələbəyə hədiyyələr təqdim olunub.