Olimpiya çempionu Taha Akgül Türkiyə Güləş Federasiyasının yeni prezidenti seçilib.
Reportyorinfo.az “Report”a istinadən xəbər verir ki, 34 yaşlı keçmiş idmançı 288 səsdən 189-unu toplayıb.
O, səsvermədə daha bir sabiq güləşçi Selçuk Çebini üstələyib. Qurumun əvvəlki prezidenti Şeref Eroğlu namizəd olmayıb.
Qeyd edək ki, 2016-cı ildəki Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sərbəst güləşçi 3 qat dünya və 11 qat Avropa çempionudur.