AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixi

Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız hər zaman bu əlaqələri qoruyub saxlayıb və inkişaf etdiriblər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da münasibətlər inkişaf etməkdə davam edib. Bu münasibətlərin möhkəmlənməsində hər iki dövlətin rəhbərlərinin böyük rolu olub. Bu gün hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynalxalq təşkilatlar çərçivəsində  dövlətlər birbirinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyünü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir.

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb və görüşdən sonra hər iki dövlətin başısı mətbuata bəyanatlarla çıxış ediblər. Öz çıxışında ölkəmizin başçısı bildirib ki, “Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün yaşayır.  Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər” – deyə dövlətimizin başçısı iqtisadi sahədə də yaxşı nəticələrin olduğu vurğulayıb. Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat- logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərərfli əməkdaşlığımızın inkişafına xidmət edir,hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəzliyi və qitələrarası  nəqliyyat bağlantılanrında müstəsna rol oynayır.Belə ki, Bakı-Tbilisi-Ceyhan,Cənub Qaz Dəhlizi kimi  mühüm enerji layihələri Avropanın enerji təhlükəzliyinə töfhə verir.

İki ölkə arasında neftqaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.SOCAR tərəfindən Gürcüstanda böyük layihələr həyata keçirdiyi meqalayihələr regional əməkdaşlığın uğurlu nümunəsi olaraq qalmaqdadır.Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət edir və bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirib.Çox böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında hər iki ölkənin önəmlı rolu olub.Eyni zamanda Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsü salınmağa başlanıb.

Bundan başqa,  dövlətlərimiz  arasında kənd təsərrüfatının müxtəlif istiqamətləri,o cümlədən kənd təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər sahələrdə uğurlu  əməkdaşlıqdan və təcrübə mübadiləsi aparılır. Mədəni-humanitar sahədə də əməkdaşlıq əlaqələri uğurlu nəticələr verir. Belə ki, 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyulma mərasimi keçirilib. Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlıq əlaqələri  genişlənməkdədir.

Hər iki ölkənin qanunverici orqanında işçi qruplar fəaliyyət göstərir. Vaxtaşırı Milli Məclisin Azərbaycan – Gürcüstan parlamentlər arası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, eləcə də digər deputatlarımızın gürcütanlı həmkarlarımızla qarşılıqlı  səfərləri və görüşləri olur. Bu da əlaqələrimizin yüksək xətlə inkişaf etməsində və uğurlu parlament diplomatiyasından xəbər verir.

Məşədibəşirzadə Nüşabə,
Xəzər rayonu, 123saylı tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button