Braziliyanın “Santos” klubunun yeni transferi Neymar müvəqqəti məskunlaşdığı evdən komandanın məşqlərinə hər gün helikopterlə gedir.
Reportyorinfo.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu hələlik Santos ştatında ev almadığına görə klubun bazasına çatmaq üçün şəxsi helikopterdən istifadə edir. Hazırda Neymarın nümayəndələri ulduz futbolçu üçün malikanə axtarırlar.
Qeyd edək ki, Neymar 2009-2013-cü illərdə “Santos”un əsas komandasında çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə ilə yadda qalıb. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan transfer olunan hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.