
2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanında rolunun müzakirəsi baxımından mühüm tədbirlərdən biri olmuşdur.
Prezident İlham Əliyev çıxışında mədəniyyətlərarası və dinlərarası münasibətlərin əhəmiyyətini, Azərbaycanın əsrlər boyu formalaşmış multikulturalizm və tolerantlıq ənənələrini xüsusi vurğulamışdır.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşərək tarixən müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayıb. Ölkəmizdə müxtəlif xalqların və dini icmaların nümayəndələri qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar.
Forumda 100-dən artıq ölkədən 500-dən çox qonaq və ümumilikdə 2000-dən artıq iştirakçı qeydiyyatdan keçmişdir. Bu, platformanın beynəlxalq miqyasını göstərən mühüm göstəricidir.
Prezidentin çıxışında səsləndirilən əsas fikirlərdən biri ondan ibarətdir ki, müasir dünyada sülhün, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi üçün dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın ev sahibliyi etdiyi bu Forum müxtəlif xalqları və sivilizasiyaları bir araya gətirərək ortaq gələcək naminə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
İsgəndər Yusifli,
YAP Yasamal rayon təşkilatının fəal gənci



