
“Fənərbaxça”nın vitse-prezidenti Acun Ilıcalı ötən gün komandasının “Kayserispor”la 3:3-lük bərabərliyə imza atdığı oyundan sonra açıqlamalar verib.
Reportyorinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu xal itkisinin çox ciddi itki olduğunu bildirib:
“Bizim üçün üzücü bir axşam oldu. “Fənərbaxça” üçün də, azarkeşlər üçün də çətindir. Burada itirilən 2 xal son dərəcə ağır itkidir. Bununla bağlı məsuliyyət bizim və idarəçilərimizin üzərindədir. Məşqçilərimiz, futbolçularımızla bir yerdə biz bir ailəyik. Azarkeşlərimizdən üzr istəyirik.
Biz də bütün gücümüzlə “Fənərbaxça” üçün çalışırıq. İdarəçilər olaraq çox üzgünük. Bəzən bu cür olur, qol imkanlarından yararlana bilmirik, matç da bərabərliklə bitir. Açığı, çox yaxşı heyətimiz var. Çox ciddi cəhdlər etdik, yaxşı oyunçular gətirdik. Əlimizdən gələn hər şeyi etdik. Onların etirazlarına hörmət edirik. Azarkeşlər bizim canımızdır. Tərəfdarlar dediklərində haqlıdırlar. Onlara deyəcəyim nəsə yoxdur. Qarşıda 6 oyunumuz var və çempionluq şansımız çox azdır. Sonuna qədər mübarizə aparacağıq”.