
Azərbaycan və Çexiya arasındakı iqtisadi əlaqələrin tarixi diplomatik münasibətlərin qurulduğu 1993-cü ildən başlayaraq, sadə ticarət mübadiləsindən müasir tərəfdaşlıq səviyyəsinə qədər inkişaf etmişdir. Lakin bu münasibətlərin ruhu daha qədimlərə — Avropa intibahı ilə Şərqin qədim ticarət yollarının kəsişdiyi nöqtələrə dayanırdı.
Müasir dövrümüzdə Çexiya ilə iqtisadi əlaqələrimizsürətlə inkişaf edir. 2010-cu ildə Bakıda imzalanmış “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya” sahibkarlar üçün yaşıl işıq yandırdı.”Sərmayələrin qarşılıqlı qorunması haqqında Saziş” çex şirkətlərinin Azərbaycana inamını artırdı. Qeyd etməliyəm ki, Azərbaycan dəmir yollarının müasirləşdirilməsi üçün ən böyük xarici sərmayelərdən biri məhz Çexiya tərəfindən təmin edilmişdir. 2010-2019-cu illər ərzində Çexiya İxrac Bankı Bakı-Böyük Kəsik xəttinin bərpası üçün kredit ayırmışdır. Bu, qeyri-neft sənayesində bir ölkə ilə həyata keçirilən ən böyük layihə kimi tarixə düşməklə bərabər, Avropanı Asiyaya bağlayan “Orta Dəhliz”in möhkəm təməli idi. Bundan əlavə, Gəncənin sənaye mühitində Çexiyanın “Tatra” yük maşınlarından istifadə olunmaqdadır. Həmçinin, Azərbaycan nefti Çexiya sənayesinin dövr edən əsas tələbat mənbəyinəçevrilmişdir.
Bu gün Çexiya öz enerji təhlükəsizliyini Azərbaycanın etibarlı tərəfdaşlığına əmanət edib. Ən əsası, Çexiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə, xüsusən Zəngilan və Ağdamda günəş enerjisi panellərinin quraşdırılması və su idarəetmə sistemlərində fəal iştirak edirlər.Çünki Azərbaycanın bərpa olunan enerji imkanları Çexiya üçün yeni bir maraq dairəsidir. Gələcəkdə Azərbaycanda istehsal olunacaq yaşıl hidrogenin mövcud qaz sənayesi ilə Çexiyaya ixracı müzakirə mövzusudur.
Dövrümüzdə Ələt Azad İqtisadi Zonasında Çexiya şirkətlərinin iştirakı ilə Avropa bazarı üçün nəzərdə tutulan istehsal sahələrinin qurulması nəzərdə tutulur. Bu, Çexiya üçün Asiyadan gələn yüklərin paylanma mərkəzinə çevrilmək imkanı deməkdir.
Bundan əlavə, iqtisadi layihələrin davamlılığı üçün Çexiyanın texniki universitetləri ilə Azərbaycan ali məktəbləri arasında birgə laboratoriyaların və mühəndislik proqramlarının yaradılması gündəmdədir.
27 aprel 2026-cı il tarixi Azərbaycan-Çexiya iqtisadi münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi yadda qaldı. Qəbələdə baş tutan bu görüş Azərbaycan-Çexiya iqtisadi əlaqələrində “yeni intibah nöqtəsi” kimi xarakterizə olunur. Bu görüşə qədər əlaqələr əsasən neft üzərində qurulmuşdusa, bundan etibarən Çexiyanın Azərbaycanın təbii qaz ixracat coğrafiyasına daxil olması rəsmiləşdi. Çexiya sərmayelərinin paytaxtdan kənara, regionlara cəlb edilməsi üçün imkanlar yaradıldı. Görüşün ən mühüm tərəflərindən biri müdafiə sənayesi sahəsində birgə istehsal imkanlarının müzakirəsi oldu. Bu, Azərbaycanın sadəcə silah alan deyil, həm də Çexiya texnologiyası ilə müasir hərbi texnika istehsal edən mərkəzə çevrilməsi yolunda atılan mühüm addımdır. Çexiya Baş nazirinin bu səfəri, Azərbaycanın Avropa İttifaqı üçün həm enerji, həm də nəqliyyatbaxımdan əvəzedilməz tərəfdaş olduğunu bir daha təsdiq etdi. Beləliklə, Azərbaycan və Çexiya arasındakı iqtisadi bağlar, keçmişin təcrübəsindən güc alaraq, sabahın rəqəmsal və yaşıl dünyasına doğru uzanan əbədi bir dostluq və rifah yolu kimi öz yerini möhkəmləndirir.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi



