
Azərbaycan xalqı və dövləti çox tarixi və qürurverici bir dövr yaşayır. Torpaqları uzun illər işğal altında qalan Azərbaycan bu işğala məhz öz gücü ilə son qoyaraq ərazi bütövlüyünü tam təmin etmişdir.
Ölkəmiz beynəlxalq hüququn təməl prinsiplərini əsas tutaraq, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini müstəqil şəkildə özü icra etdi. Suverenliyini bərpa etdikdən sonra isə dərhal Ermənistana sülh təklif etdi və nəticədə müsbət cavab aldı.
Prezident İlham Əliyev Almaniyadakı bəyanatında bir daha sübut etdi ki, Azərbaycan bölgədə haqq-ədaləti və beynəlxalq hüququ bərqərar edən əsas qüvvədir. Bu nailiyyətlər beynəlxalq tərəfdaşlar tərəfindən də təqdir olunur.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



