
Azərbaycan ilə Kamboca arasında əməkdaşlığın yenimərhələyə yüksəlməsi üçün geniş imkanlarmövcuddur. Prezident İlham Əliyevin 2026-cı iloktyabrın 12-də Kamboca Krallığının Baş naziri HunManetin Azərbaycana rəsmi səfəri zamanı mətbuataverdiyi bəyanat iki ölkə arasındakı dostluqmünasibətlərinin möhkəmləndirilməsi baxımındanmühüm əhəmiyyət daşıyır. Dövlət başçısı qarşılıqlıəlaqələrin inkişafına böyük potensialın olduğunuvurğulayaraq, bu səfərin səmərəli nəticələr verəcəyinəinamını ifadə edib.
Prezident İlham Əliyevin bəyanatında iqtisadi vəticarət əlaqələrinin genişləndirilməsi xüsusi yer tutub. Dövlət başçısı mövcud ticarət dövriyyəsininartırılmasının, birgə istehsal müəssisələrininyaradılmasının, turizm, təhsil, nəqliyyat və rəqəmsaltransformasiya sahələrində əməkdaşlığıngücləndirilməsinin vacibliyinə diqqət çəkib. Buyanaşma göstərir ki, Azərbaycan beynəlxalqtərəfdaşlıqlarını yalnız siyasi dialoqlaməhdudlaşdırmır, eyni zamanda, onları xalqlarınrifahına xidmət edən konkret iqtisadi təşəbbüslərləzənginləşdirməyə çalışır.
Azərbaycan ilə Kamboca arasında münasibətləringələcək inkişafı qarşılıqlı etimadın, ortaq maraqların vəbeynəlxalq hüquqa hörmətin möhkəmləndirilməsi iləsıx bağlıdır. Prezident İlham Əliyevin səsləndirdiyifikirlər ölkəmizin Asiya dövlətləri ilə əlaqələrə verdiyiönəmi bir daha nümayiş etdirir. Bu səfər iki ölkəninəməkdaşlıq imkanlarının daha dərindən araşdırılması, yeni təşəbbüslərin həyata keçirilməsi və dostluqkörpülərinin möhkəmləndirilməsi istiqamətindəəhəmiyyətli addım kimi dəyərləndirilə bilər.
Aydın Dadaşov,
YAP Xəzər rayon təşkilatının fəalı



