AnalitikaDünyaGündəm

Azərbaycan – investisiya, sabitlik və regional bağlantı məkanı

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq və investisiya münasibətlərində artan rolunu bir daha nümayiş etdirən mühüm platforma oldu.

Prezident İlham Əliyevin Forum çərçivəsində təşkil olunan tədbirdə iştirakı, beynəlxalq investorların suallarını cavablandırması və Azərbaycanın iqtisadi inkişaf prioritetlərinə dair fikirlərini bölüşməsi ölkəmizin investisiya imkanlarının dünya biznes ictimaiyyətinə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Forumda qlobal iqtisadiyyatın qarşılaşdığı çağırışlar, investisiya imkanları, regional bağlantılar, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, süni intellekt, yaşıl enerji və yeni iqtisadi əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşməsi, enerji və logistika imkanları ölkəmizin investisiya potensialını şərtləndirən əsas amillər sırasında xüsusi yer tutur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, investorlar üçün siyasi və iqtisadi sabitlik, əlverişli investisiya mühiti, proqnozlaşdırılan vergi sistemi və uzunmüddətli əməkdaşlıq imkanları mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın investisiya siyasətinin əsas istiqamətlərini aydın şəkildə ifadə edir.

Forum çərçivəsində ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması da tədbirin praktik nəticələrini nümayiş etdirir.

Bu göstəricilər Azərbaycanın yalnız təbii resursları ilə deyil, həm də nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, sənaye, kənd təsərrüfatı və insan kapitalı sahələrində geniş investisiya imkanlarına malik olduğunu göstərir.

Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri investisiyaların qeyri-neft sektoruna, yüksək texnologiyalara, innovasiyalara və yeni istehsal sahələrinə istiqamətləndirilməsini daha da genişləndirməkdir.

Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button