AnalitikaGündəmSiyasət

YAP xalqın partiyasıdır

Müstəqilliyini yenicə elan etdikdən sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini əvəzləyən şəristəsiz siyasi hakimiyyətlər dövlətə, xalqa qarşı edilən xəyanətlərAzərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimidünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdir. 1992-ci ildəhakimiyyətə gələn Xalq Cəhbəsi-Müsavat cütlüyü səriştəsiz idarəçilik fəaliyyəti ilə xalqınbu günə və gələcəyə ümidini, xoşbəxt millət kimi yaşamağa inamını öldürmüşdü. O vaxtkı hakimiyyətin siyasi savadsızlığının, idarəçilik səriştəsizliyinin nəticəsi olaraq, erməni təcavüzkarları işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrıbölgələrində qanunsuz silahlı birləşmələr özbaşınalıq etməyə başlamışdı.

Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarı-qarşıya idi. Azərbaycanın o vaxtkı dırnaqarası hakimiyyəti daxili vəziyyəti gərginləşdirməklə yanaşı,xarici siyasətiniqura bilmədiyindən bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətlərikorlamış və respublika demək olar ki, beynəlxalq aləmdən təcrid olunmuşdu. Respublikanın mövcudluğu və müstəqilliyi üçün təhlükə yarandığı dramatik anlardaxalqı təlaşdan çıxarmaga, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkilsiyasi qüvvənin —partiyanın yaranması zamanın və xalqın tələbi idi. Sovethakimiyyətinin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmişrespublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlartəşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi təşkilat və qurumların formalaşmasıprosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyüağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olanvə bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdırarqtəhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosialböhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahatedirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxarabiləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqınsınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

1992-ci ilin oktyabrın 16-da “Səs” qəzeti vasitəsi ilə 91 nəfər Azərbaycanziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ənyeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqınarzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları vənüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaqsiyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycan xalqı tərəfindən sevilən, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Heydər Əliyev bəhs edilən dövrdəblokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya getməsinə o zamankıhakimiyyət maneələr yaradırdı. Ona görə partiyanı yaratmaq istəyən insanların böyükbir təşəbbüs qrupu Naxçıvana gələrək partiyanın təsis konfrasını orada keçirməyə nailoldu.

Demək olar ki, Azərbaycanın bütün inzibati rayonlarından seçilmiş nümayəndələrintəmsil olunduğu təsis konfransı 1992-ci il noyabrın 21-də Cəlil Məmmədquluzadəninadını daşıyan Naxçıvan şəhərində yerləşən Dram teatrda Heydər Əliyevin sədrliyi iləkeçirildi. Konfrans Yeni Azərbaycan Partiyası( YAP) siyasi təşkilatını təsis etdi və eləcədə partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyevyekdilliklə partiyanın Sədri seçildi. Xalqımızın gələcək həyatında mühüm hadisəyəcevrilən və xalqı xoşbəxt gələcəyə aparan Yeni Azərbaycan Partiyası yarandı.

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixişəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir: “YeniAzərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmışzərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasifəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq YeniAzərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasifəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin özü tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblərşəraitində yaranmışdır”.

Müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndər Heydər Əliyevinhakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradanqaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadibaxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu .HeydərƏliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi xalqınaarxalanaraq və YAP sərdi kimi partiyasının kadr potensialına söykənərək, özününzəngin dövlətçilik təcrübəsini və uzaqgörən siyasətini tətbiq edərək çox qətiyyətli, müdrik, nəticəyönümlü idarəçilik həyata keçirdi.. “İqtisadiyyatı güclü olan dövlət hərşeyə qadirdir” deyən Ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizitənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrinmüqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadiinkişafının təməli qoyuldu. Azərbaycan çox qısa zamanda böyük investisiyalarməkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halınınyaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günəartdı.

İlk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanındemokratik islahatlar sahəsində qazandığı uğurlar da hər birimizə bəllidir. Söz, mətbuatazadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi. Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəboldu. Ölkəmiz bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Xaricisiyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizinbeynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Bütün bu uğurların əldəolunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Təbii ki, qazanılmış bunailiyyətlər də Heydər Əliyevin rəhbərlik etdiyi təşkilatın – Yeni Azərbaycan Partiyasınınuğurudur.

Rəşad İsmayılov,
YAP Hacıqabul rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button