
Müstəqil Azərbaycanın müasir dövlətçilik tarixində idarəetmə məsələsi xüsusi əhəmiyyət daşıyır. Dövlətin siyasi sabitliyi, iqtisadi inkişafı, sosial rifahı və beynəlxalq mövqeyi birbaşa idarəetmə sisteminin səmərəliliyi ilə bağlıdır. Dövlət quruculuğunun mürəkkəb mərhələlərində düzgün qərarların qəbul edilməsi, mövcud imkanların səfərbər olunması və qarşıya çıxan problemlərin ardıcıl şəkildə həll edilməsi peşəkar idarəetmənin əsas göstəricilərindəndir. Azərbaycan tarixində 1993-cü ildən etibarən formalaşan idarəçilik təcrübəsi bu baxımdan mühüm nümunələrdən biri kimi diqqəti cəlb edir.
3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanmasına təsir göstərdi. Həmin dövr Azərbaycanın dövlət müstəqilliyinin ilk illərinə təsadüf edirdi və ölkə ciddi siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə qarşılaşmışdı. Belə bir şəraitdə dövlət idarəçiliyinin əsas vəzifəsi yalnız cari problemləri həll etməkdən ibarət deyildi. Qarşıda daha mürəkkəb məqsəd dayanırdı: dövlət institutlarını möhkəmləndirmək, idarəçilik sistemini sabitləşdirmək, iqtisadi tənəzzülün qarşısını almaq və müstəqil dövlətin gələcək inkişaf strategiyasını müəyyənləşdirmək.
Peşəkar idarəetmənin mühüm xüsusiyyəti mövcud vəziyyəti düzgün qiymətləndirmək və prioritetləri dəqiq müəyyənləşdirməkdir. 1993-cü ildə Azərbaycanın qarşısında dayanan problemlər bir-birindən ayrı deyildi. Siyasi qeyri-sabitlik iqtisadi çətinlikləri dərinləşdirir, iqtisadi böhran sosial problemləri artırır, təhlükəsizlik məsələləri isə dövlətin digər istiqamətlərdə fəaliyyət imkanlarını məhdudlaşdırırdı. Bu səbəbdən idarəetmədə kompleks yanaşmanın tətbiqi zəruri idi.
Heydər Əliyevin siyasi fəaliyyətinin həmin mərhələdə əsas xüsusiyyətlərindən biri dövlət idarəçiliyində sistemli yanaşmanın ön plana çıxarılması idi. Dövlət institutlarının fəaliyyətinin bərpası, idarəçilikdə vahid koordinasiyanın təmin edilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi və siyasi sabitliyin yaradılması paralel istiqamətlər kimi həyata keçirildi. Bu yanaşma idarəetmənin ayrı-ayrı problemlərə reaksiya verməsi ilə kifayətlənməyərək uzunmüddətli nəticələri nəzərə alan strateji xarakter daşımasına şərait yaratdı.
Peşəkar rəhbərlik yalnız qərar qəbul etmək bacarığı ilə ölçülmür. Qərarın vaxtında qəbul edilməsi, onun icra mexanizmlərinin müəyyənləşdirilməsi və nəticələrinin qiymətləndirilməsi də eyni dərəcədə vacibdir. Dövlət idarəçiliyində bu prinsiplərin tətbiqi xüsusilə böhranlı dövrlərdə əhəmiyyət qazanır. Çünki belə şəraitdə gecikmiş və ya bir-biri ilə əlaqələndirilməmiş qərarlar mövcud problemlərin daha da dərinləşməsinə səbəb ola bilər.
1993-cü ildən sonra dövlət quruculuğunda hüquqi bazanın yaradılması idarəetmənin institusional əsaslarını möhkəmləndirdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi dövlət hakimiyyətinin təşkili, hakimiyyətlərin bölgüsü, insan və vətəndaş hüquq və azadlıqları, dövlət və vətəndaş münasibətləri kimi mühüm məsələləri hüquqi çərçivəyə saldı. Bununla dövlət idarəçiliyinin fəaliyyəti daha aydın konstitusion əsaslar üzərində quruldu.
Peşəkar idarəetmənin mühüm göstəricilərindən biri də idarəçilikdə məsuliyyət prinsipinin mövcudluğudur. Dövlət qurumlarının hər birinin öz səlahiyyət dairəsi daxilində məsuliyyət daşıması, qəbul edilən qərarların icrasına nəzarət və dövlət resurslarından səmərəli istifadə idarəetmənin keyfiyyətini müəyyən edən amillərdir. Bu baxımdan dövlət institutlarının möhkəmləndirilməsi Azərbaycanın müstəqillik tarixində mühüm mərhələ təşkil etdi.
İdarəetmə yalnız siyasi sahə ilə məhdudlaşmır. İqtisadi siyasətin düzgün qurulması da peşəkar dövlət idarəçiliyinin əsas göstəricilərindəndir. Müstəqilliyin ilk illərində iqtisadi böhran, istehsalın azalması, inflyasiya və işsizlik kimi problemlər Azərbaycan üçün ciddi sınaq idi. Ölkənin iqtisadi sisteminin yenidən qurulması, bazar münasibətlərinə keçidin təmin edilməsi və xarici investisiyaların cəlb olunması uzunmüddətli
Zümrüd Əliyeva,
YAP Xətai rayon təşkilatının fəalı


