
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı vəBeynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 8 Noyabr – ZəfərGünü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib.
Sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurəİsgəndərova, YAP Yasamal rayon təşkilatının və BeynəlxalqQalereyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaşqruplarından olan rəssamlar və rayon ictimaiyyətininnümayəndələri iştirak ediblər.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında baş tutansərgidə 50 nəfər rəssamın əsərləri təqdim edilib. Sərgidə Vətənmüharibəsini, Müzəffər Ordumuzun qəhrəmanlığını, ŞanlıZəfərimizi və üçrəngli Dövlət Bayrağımızın əzəmətini əksetdirən müxtəlif üslub və mövzularda zəngin sənət nümunələrinümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışedərək 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət BayrağıGününün xalqımızın qürur və iftixar mənbəyi olduğunu qeydedib. O bildirib ki, cənab Prezident, Müzəffər Ali BaşKomandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətliAzərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixiQələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib və ərazibütövlüyümüzü bərpa edib. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqqalan Azərbaycan xalqı bu gün öz üçrəngli bayrağınısuverenliyimizin bərqərar olduğu bütün torpaqlarımızda qürurladalğalandırır.
Bəxtiyar Nəbiyev “Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsmsərgisinin gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, tarixi Qələbəmizin və milli-mənəvi dəyərlərimizin incəsənətvasitəsilə təbliğ olunması baxımından müstəsna əhəmiyyəttaşıdığını diqqətə çatdırıb. Bəxtiyar Nəbiyev sərginintəşkilatçılarına və yaradıcı heyətə təşəkkür edərək, rəssamlarayeni-yeni uğurlar arzulayıb.
Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurəİsgəndərova çıxış edərək təsviri sənət vasitəsilə Vətən sevgisininvə Zəfər ruhunun tərənnüm edilməsinin vacibliyindən bəhs edib, sərgidə əsərləri nümayiş olunan rəssamlara gələcəkfəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Çıxışlardan sonra fəal iştirak edən rəssamlara diplomlar təqdimedilib.
Sonda xatirə şəkli çəkdirilib.















