AnalitikaGündəmSiyasət

Konstitusiya – demokratik idarəçiliyin vəvətəndaş hüquqlarının təminatı

Demokratik dövlətin möhkəmliyi onun hüquqi sisteminin etibarlılığı, dövlət orqanlarınınqanunvericiliyə uyğun fəaliyyəti və vətəndaşların hüquqlarının qorunması ilə müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyası bu prinsipləri təsbit edən, dövlət idarəçiliyininəsaslarını müəyyənləşdirən və ictimai münasibətlərin hüquqi çərçivəsini formalaşdıran aliqanundur. Onun qəbul edilməsi müstəqil Azərbaycanın dövlət quruculuğunda mühüm mərhələolmaqla, demokratik və hüquqi dövlət modelinin formalaşmasına istiqamət vermişdir.

1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanınhüquqi inkişafının əsasını qoydu. Sənədin hazırlanması ümummilli lider Heydər Əliyevinrəhbərliyi ilə həyata keçirilmiş və ölkənin dövlətçilik maraqlarını, hüquqi inkişaf məqsədləriniözündə əks etdirmişdir. Konstitusiyanın qəbul edilməsi ilə dövlət hakimiyyətinin təşkili, vətəndaşların hüquqi statusu və idarəçilik sisteminin fəaliyyət prinsipləri müəyyənləşdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiyanın tarixi əhəmiyyəti barədəsəsləndirdiyi fikir bu sənədin dövlət quruculuğundakı yerini aydın şəkildə ifadə edir. Dövlətbaşçısı 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın müasir, demokratik, dünyəvivə hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etdiyini vurğulamışdır. Bu yanaşma ƏsasQanunun Azərbaycanın siyasi və hüquqi inkişafı üçün yaratdığı imkanların əhəmiyyətini önplana çıxarır.

Konstitusion idarəçiliyin əsas prinsiplərindən biri hakimiyyətin qanunla müəyyən edilmişsəlahiyyətlər əsasında həyata keçirilməsidir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərininfəaliyyət çərçivəsinin müəyyən olunması dövlət idarəçiliyində hüquqi bölgünü təmin edir. Dövlət orqanlarının Konstitusiyaya və qanunlara uyğun fəaliyyət göstərməsi hüquqi dövlətinəsas şərtlərindən biridir. Bu prinsip həm idarəçilikdə məsuliyyətin müəyyənləşdirilməsinə, həmdə vətəndaşların hüquqlarının qorunmasına xidmət edir.

Vətəndaş hüquqlarının müdafiəsi demokratik dövlətin əsas vəzifələri sırasında yer alır. Konstitusiyada təsbit olunmuş hüquqlar insanın cəmiyyətdə sərbəst fəaliyyət göstərməsinə, şəxsimaraqlarını qanuni yollarla həyata keçirməsinə və ictimai proseslərdə iştirakına hüquqi zəminyaradır. Hüquq bərabərliyi, şəxsi toxunulmazlıq, söz və fikir azadlığı, təhsil və mülkiyyəthüquqları insanların hüquqi müdafiəsinin mühüm istiqamətlərini təşkil edir.

Bu hüquqların real təminatı üçün qanunvericilik normalarının ardıcıl tətbiqi vacibdir. Dövlətqurumlarının fəaliyyətində qanunçuluğun qorunması, vətəndaş müraciətlərinə qanunla müəyyənedilmiş qaydada baxılması və hüquqi müdafiə vasitələrinin əlçatanlığı konstitusion prinsiplərinhəyata keçirilməsinə kömək edir. Eyni zamanda, vətəndaşların öz hüquq və vəzifələrini bilməsihüquqi münasibətlərin daha düzgün qurulması baxımından əhəmiyyətlidir.

Demokratik idarəçilik ictimai məsuliyyət və hüquqi mədəniyyətlə də sıx bağlıdır. Qanunlarahörmət göstərən, başqalarının hüquqlarını tanıyan və ictimai həyatın qaydalarına əməl edənvətəndaşlar hüquqi münasibətlərin möhkəmlənməsinə töhfə verirlər. Bu baxımdanKonstitusiyanın öyrənilməsi yalnız hüquqşünaslar üçün deyil, cəmiyyətin bütün üzvləri üçünvacibdir. Hüquqi maarifləndirmə insanların dövlətin fəaliyyət prinsiplərini anlamasına və özhüquqlarından düzgün istifadə etməsinə imkan verir.

Gənc nəslin hüquqi biliklərinin artırılması demokratik dövlətçilik ənənələrinin davam etdirilməsibaxımından xüsusi əhəmiyyət daşıyır. Təhsil müəssisələrində Konstitusiyanın əsasmüddəalarının öyrədilməsi, vətəndaşlıq məsuliyyətinin izah edilməsi və qanunlara hörmətmədəniyyətinin təşviqi gələcək nəsillərin formalaşmasına müsbət təsir göstərir. Hüquqidüşüncənin inkişafı cəmiyyətdə məsuliyyətli davranışın və ictimai münasibətlərdə qanunçuluğunmöhkəmlənməsinə şərait yaradır.

Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətinin demokratik və hüquqi inkişaf yolununmüəyyənləşdirilməsində mühüm hadisə olmuşdur. Əsas Qanunun prinsipləri dövləthakimiyyətinin fəaliyyətini tənzimləyir, insan hüquqlarını qoruyur və cəmiyyətin hüquqiəsaslarını müəyyən edir. 12 Noyabr – Konstitusiya Günü isə bu prinsiplərin əhəmiyyətinixatırlatmaqla yanaşı, hüquqi maarifləndirmənin və vətəndaş məsuliyyətinin gücləndirilməsi üçündə mühüm fürsətdir.

Azərbaycanın hüquqi dövlət kimi inkişafı Konstitusiyanın müddəalarının qorunması, qanununaliliyinin təmin edilməsi və hüquqi institutların səmərəli fəaliyyəti ilə bağlıdır. Demokratikidarəçilik prinsiplərinə hörmət və insan hüquqlarının müdafiəsi müstəqil dövlətçiliyimizinmöhkəmlənməsinə xidmət edən əsas amillər sırasındadır. 

Almaz Rəhimova,
YAP Xətai rayon təşkilatı fəalı

 

Oxşar Xəbərlər

Back to top button