GündəmSosial

Beyin xərçəngindən əziyyət çəkən Səmiyyənin müalicə üçün köməyə ehtiyacı var

Beyin xərçəngindən əziyyət çəkən Səmiyyənin həyatı uğrunda mübarizəsi davam edir. Balaca Səmiyyənin sağalması üçün uzunmüddətli müalicəyə ehtiyac var.

Anası Maya Orucovanın sözlərinə görə, hər müalicə kursunun xərci 2000 manat təşkil edir. Maddi imkanları məhdud olan ailə övladının müalicəsini davam etdirmək üçün xeyirxah insanların dəstəyinə ümid edir.

Səmiyyənin müalicəsinə dəstək olmaq istəyən hər kəs aşağıdakı bank kartına ianə göndərə bilər. Edilən hər bir yardım onun sağlamlığına qovuşması yolunda böyük ümid ola bilər.

Yardım üçün bank rekvizitləri:

ABB bank kartı:
4127 2093 0207 6002

Əlaqə:
Anası – Maya Orucova
+994 70 455 94 29

Gəlin, Səmiyyəni bu çətin mübarizədə tək qoymayaq. İmkanımız daxilində dəstək olaq və bu məlumatı paylaşaraq daha çox insana çatdıraq. Bəzən kiçik bir yardım belə böyük ümidə çevrilə bilər.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button