AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa – Azərbaycan dövlətinin quruculuq iradəsinin göstəricisi

Şuşanın azad edilməsi ilə Azərbaycan qarşısında yeni və məsuliyyətli vəzifələr yarandı. Bu vəzifələrin əsasını şəhərin bərpası, infrastrukturunun yenilənməsi, sakinlərin qayıdışının təmin edilməsi və tarixi irsin qorunması təşkil edir. Bu gün Şuşada həyata keçirilən layihələr Azərbaycan dövlətinin quruculuq iradəsini nümayiş etdirir.

Prezident İlham Əliyev azad edilmiş ərazilərin bərpasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Şuşada yolların, yaşayış binalarının, sosial obyektlərin və mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması bu siyasətin konkret nəticələridir. Şəhərin inkişafı planlı və kompleks yanaşma əsasında həyata keçirilir.

Quruculuq prosesinin mühüm tərəflərindən biri də Şuşanın tarixi simasının qorunmasıdır. Tarixi məscidlərin, muzeylərin, mədəniyyət ocaqlarının və memarlıq nümunələrinin bərpası şəhərin milli kimliyinin yaşadılmasına xidmət edir. Müasir infrastrukturla tarixi mühitin uzlaşdırılması Şuşanın gələcək inkişafında əsas prinsiplərdəndir.

Şuşanın yenidən qurulması yalnız fiziki tikinti işləri ilə məhdudlaşmır. Şəhərin mədəni həyatının bərpası, beynəlxalq tədbirlərin keçirilməsi, təhsil və sosial xidmətlərin inkişafı da bu prosesin mühüm hissəsidir. Doğma sakinlərin qayıdışı ilə şəhərin sosial həyatı tədricən canlanır.

Şuşa bu gün Azərbaycan dövlətinin gücünü, planlı inkişafını və gələcəyə yönəlmiş quruculuq siyasətini təcəssüm etdirir. Şəhərin dirçəlişi Zəfərin davamı və tarixi torpaqlarımıza sahib çıxmağın mühüm göstəricisidir. Şuşa Şəhəri Günü münasibətilə bu böyük quruculuq prosesinin uğurlarını qürurla qeyd edirik.

Həqiqət Gülalıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 73b” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button