AnalitikaGündəmSiyasət

20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə

Ağdam Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və xalqımızın sarsılmazmilli ruhunu özündə yaşadan şəhərlərimizdən biridir. Qarabağın dilbər guşəsindəyerləşən bu qədim yurdun hər daşı, hər küçəsi, hər məhəlləsi xalqımızınyaddaşında xüsusi yer tutur. Ağdam yalnız coğrafi məkan deyil, həm də bir xalqıntarixi, mənəvi dəyərləri, adət-ənənələri və doğma torpağa bağlılığının rəmzidir. Onun adı çəkiləndə insanın qəlbində həm keçmişin nisgili, həm də gələcəyə böyükümidlə baxan qürur hissi oyanır.

Uzun illər ərzində işğal altında qalan Ağdam şəhəri öz doğma sakinlərininhəsrətinə çevrilmiş, dağıdılmış evləri, tarixi abidələri və viran qalmış küçələri iləxalqımızın yaddaşında ağrılı iz buraxmışdır. Lakin bütün çətinliklərə baxmayaraq, ağdamlılar doğma torpaqlarına qayıdacaqları günə inamlarını heç vaxt itirmədilər. Azərbaycan xalqının milli birliyi, dövlətimizin qətiyyətli siyasəti və rəşadətliOrdumuzun qəhrəmanlığı nəticəsində bu həsrət sona çatdı. 2020-ci il noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsi tariximizin ən mühüm hadisələrindənbiri kimi yaddaşlara həkk olundu.

Bu gün Ağdamda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanıngücünü, inkişaf potensialını və öz torpaqlarına sahib çıxmaq əzmini nümayişetdirir. Yeni yaşayış məhəllələri, müasir infrastruktur, sosial obyektlər, yollar vəmədəniyyət məkanları şəhərin gələcək simasını formalaşdırır. Ağdam yenidənqurulur, öz tarixi görkəminə qovuşur və müasir şəhərsalma nümunəsinə çevrilir. Doğma yurda qayıdan sakinlərin sevincində isə illərlə ürəklərdə qorunan birarzunun gerçəkləşməsi əks olunur.

 

20 Noyabr – Ağdam Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, Zəfər və millihəmrəylik günüdür. Bu əlamətdar tarix bizə Vətən sevgisinin, dövlətə sədaqətin vəmilli birliyin nə qədər böyük gücə malik olduğunu bir daha xatırladır. Ağdamındirçəlişi Azərbaycanın qüdrətinin, xalqımızın yenilməz iradəsinin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlusiyasətin təntənəsidir. Ağdam bundan sonra da quruculuğun, sülhün və tərəqqininünvanı kimi yaşayacaqdır.

Rauf Məmmədov,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button