
Azərbaycanın hər bir bölgəsi öz tarixi, təbiəti və milli-mənəvi dəyərləri ilə seçilir. Qarabağın qədim şəhərlərindən olan Ağdam isə bu zənginliyin xüsusinümunəsidir. Şəhər tarixən özünün inkişaf etmiş ictimai həyatı, mədəniyyətocaqları, təhsil müəssisələri və zəhmətkeş insanları ilə tanınmışdır. Ağdamın adınıyaşadan ən böyük sərvətlərdən biri də onun insanlarıdır. Doğma torpağına bağlı, milli dəyərlərinə sadiq və zəhmətsevər ağdamlılar illər boyu şəhərin adını, ənənələrini və mənəvi irsini qoruyub saxlamışlar.
Ağdamın işğal altında qaldığı illər şəhərin tarixində ən ağır dövrlərdən biriolmuşdur. Bu illərdə şəhərin tarixi və mədəni irsi dağıntılara məruz qalmış, yaşayışməntəqələri viran edilmişdir. Lakin düşmənin törətdiyi dağıntılar xalqımızıniradəsini sarsıda bilmədi. Azərbaycan dövləti hər zaman ərazi bütövlüyününbərpasını əsas məqsədlərindən biri kimi müəyyənləşdirmiş, xalqımız isə buməqsəd ətrafında sıx birləşmişdir. 2020-ci ildə başlanan Vətən müharibəsi bu tarixiarzunun reallaşmasına aparan yolu açdı.
Noyabrın 20-də Ağdamın işğaldan azad olunması xalqımız üçün böyük sevinc vəqürur mənbəyinə çevrildi. Bu hadisə Azərbaycanın tarixi torpaqlarına qayıdışının, beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinin və milli birliyinin təntənəsi idi. Hazırda Ağdamda həyata keçirilən yenidənqurma layihələri şəhərin gələcəkinkişafını təmin edir. Müasir yaşayış məkanlarının salınması, infrastrukturunyenilənməsi, sənaye və iqtisadi potensialın inkişaf etdirilməsi Ağdamın regionunmühüm iqtisadi və sosial mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
Ağdamın dirçəlişi hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Bu şəhərinyenidən qurulması xalqımızın yalnız fiziki dağıntıları aradan qaldırmaq deyil, həmdə tarixi yaddaşını, milli kimliyini və mədəni irsini yaşatmaq əzminingöstəricisidir. 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bütün ağdamlılarıürəkdən təbrik edir, onlara doğma torpaqlarında sağlam, firavan və xoşbəxt həyatarzulayırıq. Qoy Ağdamın sabahı daim aydın, küçələri abad, ocaqları isti, sakinlərinin üzü gülər olsun!
Lalə Rzayeva,
YAP Xəzər rayon təşkilatının fəalı



