AnalitikaGündəmSiyasət

9 Noyabr – Zəfər simvolumuz və mənəvi gücümüz

Azərbaycanın dövlətçilik tarixində elə müqəddəs və uca tarixlər var ki, onlarxalqımızın yaddaşında əbədi həkk olunub. Həmin tarixlərdən biri də hər il böyükqürur, sevgi və ehtiramla qeyd olunan 9 Noyabr – Dövlət Bayrağı Günüdür. Üçrəngli bayrağımız sadəcə dövlət atributu deyil, həm də xalqımızın azadlıqiradəsinin, suverenliyinin, keçmişdən gələn mübarizə əzminin və parlaq gələcəyəolan inamının ən ali ifadəsidir. Azərbaycanın üçrəngli bayrağının tarixi XX əsrinəvvəllərinə – Şərkdə ilk demokratik respublika olan Azərbaycan XalqCümhuriyyətinin yaranması dövrünə gedib çıxır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası üçrəngli bayrağın milli bayraqkimi qəbul edilməsi haqqında qərar imzaladı. Cümhuriyyət banilərinin irəlisürdüyü bu bayraq qısa ömürlü olsa da, xalqımızın azadlıq idealının simvolunaçevrildi. Cümhuriyyət qurucularından biri olan Əli bəy Hüseynzadənin ideyasıəsasında formalaşan bu bayraq xalqımızın milli kimliyini və gələcək hədəfləriniözündə birləşdirirdi.

Sovet işğalı illərində bu müqəddəs bayrağın dalğalanması qadağan edilsə də, onunideyası xalqın qəlbində yaşamağa davam etdi. 1990-cı il noyabrın 17-də ulu öndərHeydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali MəclisindəAXC-nin üçrəngli bayrağı Naxçıvanın muxtariyyət bayrağı olaraq qəbul edildi vəyenidən rəsmi olaraq dalğalandı. Bu tarixi addım Azərbaycanın ümumi istiqlalmübarizəsində mühüm dönüş nöqtəsi oldu.

Bayrağımızın hər bir rəngi və üzərindəki simvollar dərin fəlsəfi, tarixi və ideolojiməna daşıyır. Mavi rəng türkçülüyü, türk xalqlarının birliyini və zəngin mədəniyyətini təmsil edir. Eyni zamanda, səmada sülhün, əmin-amanlığın və sonsuzluğun simvoludur. Qırmızı rəng müasir cəmiyyət quruculuğunu, demokratiyanı, inkişafı və azadlıq uğrunda tökülən qanların – qəhrəmanlığın rəmzidir. Yaşıl rəng İslam sivilizasiyasını, dinə və mənəvi dəyərlərə bağlılığı, eləcə də təbiətin yenilənməsini və bolluğu simvolizə edir. Aypara İslam dininin rəmzi olmaqla yanaşı, Şərq mədəniyyəti ilə bağları göstərir. Səkkizguşəli ulduz isə ərəb əlifbasında “Azərbaycan” sözünün yazılışına əsaslanır və tarixdəki səkkiz türk xalqını özündə birləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Bu addım xalqımızın milli dəyərlərə, dövlətçilik tarixinə olan sədaqətinin və hörmətinin bariz nümunəsidir. Həmin il Bakıda – Dövlət Bayrağı Meydanının yaradılması və dünyanın ən hündür bayraq dirəklərindən birində üçrəngli bayrağımızın əzəmətlə dalğalanması hər bir azərbaycanlının qəlbində böyük coşğu və iftixar hissi oyatdı. 9 Noyabr Dövlət Bayrağı Gününün Azərbaycan tarixində xüsusi, təkrarolunmaz bir məqamı da vardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən dərhal sonra – 2020-ci il noyabrın 8-də qədim mədəniyyət mərkəzimiz olan Şuşa şəhəri işğaldan azad edildi. Cəmi bir gün sonra, 9 Noyabr 2020-ci il tarixində Azərbaycan bayrağı işğaldan azad olunan bütün torpaqlarımızda, xüsusilə də Zəfərin rəmzinə çevrilən Şuşada ucaldıldı. Bu, sadəcəbir ərazi bütövlüyünün bərpası deyil, həm də əyilməz milli qürurumuzun təntənəsiidi. Bu gün üçrəngli bayrağımız suverenliyimizin bərqərar olduğu Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə və digər doğma torpaqlarımızda əzəmətlədalğalanmaqdadır.

Üçrəngli bayrağımız şəhidlərimizin qanı ilə suvarılmış, xalqımızın qəhrəmanlıqsalnaməsinə qızıl hərflərlə yazılmışdır. Bayrağa sayğı və ehtiram – Vətənə, torpağa, dövlətə sədaqətin ən ali göstəricisidir. Bu gün hər bir Azərbaycan vətəndaşı harada yaşamasından asılı olmayaraq, üçrəngli bayrağımıza baxanda qürur duyur. Azərbaycan Bayrağı Günü xalqımızın birliyinin, əbədi müstəqilliyininvə sarsılmaz iradəsinin əbədi təntənəsidir. Qoy hər zaman göylərimizdə azadlıqrəmzimiz – üçrəngli bayrağımız dalğalansın!

 

Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button