AnalitikaGündəmSiyasət

Şuşa milli qürurumuzun və tarixi zəfərimizin rəmzidir

2020-ci il noyabrın 8-də Şuşanın erməni işğalından azad edilməsi Azərbaycanın hərbsalnaməsində və xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq möhtəşəm hadisələrdən biri oldu. Uzun illər doğma şəhərinin azad olunacağı günü səbirsizliklə gözləyən Azərbaycan xalqı həmingün ən böyük arzularından birinə çatdı. Şuşanın mürəkkəb relyefi, sıldırım qayalıqları, çətin dağyolları və ağır döyüş şəraiti Azərbaycan Ordusunun qarşısında maneəyə çevrilə bilmədi. Şəhərinazadlığı ilə nəticələnən hərbi əməliyyat yüksək döyüş hazırlığının, əsgər və zabitlərinqəhrəmanlığının, eləcə də qətiyyətli rəhbərliyin uğurlu vəhdəti sayəsində həyata keçirildi. Şuşanın düşmən işğalından xilas edilməsi Vətən müharibəsinin sonrakı gedişinə ciddi təsirgöstərərək Azərbaycanın tarixi məqsədlərinə çatmasında həlledici mərhələ oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin başlanğıcından etibarən Şuşanın azad edilməsiniəsas hədəflərdən biri kimi önə çəkməsi şəhərin ümumi qələbə strategiyasında nə qədər mühümyer tutduğunu göstərirdi. Noyabrın 8-də qazanılan bu tarixi uğur bir daha təsdiqlədi ki, güclümilli iradə, düşünülmüş hərbi strategiya və ordunun sarsılmaz döyüş ruhu birləşdikdə qarşıyaqoyulan ən mürəkkəb vəzifələri də reallaşdırmaq mümkündür.

Şuşa Zəfərinin əldə olunmasını təmin edən siyasi və hərbi potensial uzun illər ərzində həyatakeçirilmiş məqsədyönlü dövlət siyasətinin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin əsasınıqoyduğu dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərəkölkənin iqtisadi qüdrətinin artırılmasına, müdafiə imkanlarının genişləndirilməsinə və beynəlxalqmövqelərinin möhkəmlənməsinə şərait yaratdı. Azərbaycan Ordusunun ən müasir silahlarla vəhərbi texnika ilə təmin edilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi, müdafiəsənayesinin inkişaf etdirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi bu strategiyanın əsastərkib hissələrini təşkil edirdi. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan öz milli gücünə güvənən, maraqlarını qətiyyətlə qoruyan və regionda söz sahibi olan qüdrətli dövlətəçevrildi. 2020-ci ildə əldə edilən tarixi Qələbə də gözlənilməz hadisə deyil, illərlə aparılanhazırlığın, siyasi qətiyyətin və xalqla ordunun sarsılmaz həmrəyliyinin qanunauyğun nəticəsi idi.

Şuşanın azad olunması Azərbaycan cəmiyyətində milli birlik və həmrəylik anlayışlarına dahaböyük məna qazandırdı. Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şəhidlərxiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın azad edildiyini elan etməsi ölkətarixinin ən yaddaqalan və qürurverici anlarından biri kimi yaddaşlara həkk olundu. Dövlətbaşçısının xalqımızın birliyini “dəmir yumruq” ifadəsi ilə xarakterizə etməsi müharibə dövründənümayiş etdirilən ümummilli həmrəyliyin mahiyyətini özündə əks etdirirdi. Həmin birlik yalnızdöyüş meydanında qələbənin təmin olunmasına xidmət etmədi, eyni zamanda ölkənin gələcəkinkişafı və milli məqsədlərin həyata keçirilməsi baxımından mühüm mənəvi gücə çevrildi. Vətənuğrunda canından keçən şəhidlərin fədakarlığı, qazilərin göstərdiyi qəhrəmanlıq və Azərbaycanəsgərinin nümayiş etdirdiyi misilsiz şücaət bu Zəfərin ən dəyərli mənəvi sərvətidir. Şuşa uğrundaaparılan döyüşlər bir daha sübut etdi ki, xalqın öz dövlətinə və ordusuna olan etimadı ən çətinsınaqlar qarşısında belə böyük güc yarada bilər.

Şuşanın azad edilməsi Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyinin tam təminolunmasına doğru atılan ən mühüm addımlardan biri kimi tarixə düşdü. 2023-cü il sentyabrın19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidə fəaliyyətgöstərən separatçı rejimin mövcudluğuna son verildi. Bu əməliyyat Azərbaycanın ərazibütövlüyünün və suveren hüquqlarının bərpası istiqamətində həyata keçirilən ardıcıl və prinsipialsiyasətin məntiqi davamı idi. Nəticə etibarilə, 2020-ci ildə əldə edilən Zəfərlə başlayan tarixiproses ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun bərpası ilə özünün mühüm yekunmərhələsinə çatdı. Bu nailiyyət Azərbaycan dövlətinin müəyyən etdiyi strateji hədəflərə çatmaqüçün siyasi iradəyə, gücə və qətiyyətə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Hazırda Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri hərbi Qələbədənsonra başlayan dinc inkişaf dövrünün mühüm göstəricisidir. Şəhərin tarixi və memarlıq simasınınqorunması, mədəni irs nümunələrinin yenidən bərpası, yol və digər infrastruktur layihələrininreallaşdırılması, əhalinin rahat yaşayışı üçün şəraitin yaradılması dövlətin qarşıya qoyduğuprioritet vəzifələr sırasındadır. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün işğaldövründə güllələnmiş heykəllərinin yenidən öz əvvəlki yerlərinə qaytarılması tarixi ədalətin vəmilli yaddaşın bərpası baxımından xüsusi məna daşıyır. Şuşaya aparan Zəfər Yolunun inşası isəşəhərin azadlığı uğrunda göstərilən qəhrəmanlığın rəmzi olan marşrutu müasir yol infrastrukturuilə birləşdirib. Şuşanın 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi şəhəringələcək inkişafının konkret və uzunmüddətli strategiya əsasında həyata keçirildiyini göstərir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın türk və İslam dünyasında da mühüm mədənimərkəz kimi tanınması onun beynəlxalq nüfuzunu və əhəmiyyətini daha da yüksəldir. 8 Noyabrtarixinin Şuşa Şəhəri Günü kimi qeyd edilməsi də bu möhtəşəm hadisənin xalqımızın yaddaşındadaim yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün Şuşa təkcə qəhrəmanlıq tariximizin parlaq səhifəsi deyil, həm də Azərbaycanın dövlətmüstəqilliyinin, suverenliyinin, zəngin mədəni irsinin və gələcəyə yönəlmiş inkişaf əzmininrəmzi kimi yaşayır.

Rəşad Əsgərov,
SOCAR “Kompleks qazma işləri” trestinin müdiri, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button