GündəmSosial

ADPU-nun Nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müşavirə keçirilib

Oktyabrın 13-də “İnşaatçılar pr. 45” ünvanı üzrə(Azərbaycan Dövlət Pedaqoji Kolleci) ərazi partiyatəşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlhamƏliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəligələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev, Azərbaycan Dövlət PedaqojiKollecinin direktoru Amalya Sezgin, YAP Yasamalrayon təşkilatının əməkdaşları və ərazi partiyatəşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazibütövlüyü və suverenliyi uğrunda canından keçmişşəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlayıb. Ardınca AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənabİlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi vəproqram xarakterli çıxışının dərin ideoloji-siyasiəhəmiyyəti, müasir pedaqoji kadrlarınyetişdirilməsində partiya ideologiyasının rolu vəgələcək hədəflər barədə geniş məruzə ilə çıxış edib.

Bəxtiyar Nəbiyev vurğulayıb ki, müasir müstəqilAzərbaycan dövlətinin qurucusu, Ümummilli LiderHeydər Əliyev tərəfindən təməli qoyulmuş YeniAzərbaycan Partiyası ötən dövr ərzində ölkəmizintərəqqisinin, siyasi sabitliyinin və böyük Zəfərlərininəsas təminatçısı olmuşdur. Ulu Öndərin siyasi xəttiniuzaqgörənliklə davam etdirən cənab Prezident İlhamƏliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazibütövlüyünü və suverenliyini tam bərpa edərəkregional və qlobal miqyasda qüdrətli dövlətəçevrilmişdir. Bu tarixi nailiyyətlər partiyamızın stratejikursunun və xalq-iqtidar birliyinin sarsılmaztəntənəsidir.

B.Nəbiyev diqqətə çatdırıb ki, VIII Qurultayda qəbuledilmiş qərarlar və dövlət başçısının verdiyi tapşırıqlartəhsil müəssisələrində fəaliyyət göstərən ərazi partiyatəşkilatlarının üzərinə müstəsna məsuliyyət qoyur. Müəllimlik peşəsi cəmiyyətin gələcəyini şərtləndirənən müqəddəs sahələrdən biridir. Gənc nəsildə milliruhun, vətənpərvərlik hiss olunmasının və dövlətçilikideallarına sədaqətin formalaşmasında pedaqojikollektivlərin və gələcək pedaqoqların müstəsna roluvardır. Postmüharibə dövrünün gətirdiyi yeni reallıqlarfonunda ideoloji maarifləndirmə işi daha müasir vəçevik üsullarla aparılmalı, fəal gənclər partiya həyatınadaha sıx inteqrasiya olunmalıdırlar. Bəxtiyar Nəbiyev çıxışının sonunda ərazi partiya təşkilatının üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin tədbir iştirakçılarını salamlayaraq keçirilən müşavirənin təhsil müəssisəsinin ictimai-ideoloji həyatında böyük rol oynadığını bildirib. A.Sezgin vurğulayıb ki, cənabPrezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakıkonseptual nitqi hər bir təhsil işçisi üçün gələcəkfəaliyyətdə yol xəritəsidir. O qeyd edib ki, AzərbaycanDövlət Pedaqoji Kollecinin əsas missiyası savadlı, geniş dünyagörüşlü, milli-mənəvi dəyərlərə sahib vədövlətinə sadiq ibtidai sinif və məktəbəqədər təhsilmüəllimləri yetişdirməkdir. Kollecin pedaqoji heyətidövlət başçısının təhsil sahəsinə göstərdiyi yüksəkdiqqət və qayğını hər zaman hiss edir və bu etimadıpraktiki fəaliyyəti ilə daha da doğruldacaqlarını bildirib.

Çıxış edənlər Azərbaycan Dövlət Pedaqoji Kollecinindirektor müavini Sevda Axundova və kollecinmüəllimi Nailə Zalıyeva ərazi partiya təşkilatındaaparılan ideoloji-maarifləndirmə işləri, gənc tələbələrinvə müəllimlərin partiya sıralarına qoşulması vəkollektivdəki yüksək həmrəylik mühitindən danışıblar. Çıxış edənlər qeyd ediblər ki, cənab Prezident İlhamƏliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən təhsilislahatları pedaqoqları daha şövqlə çalışmağahəvəsləndirir. Onlar YAP-ın VIII Qurultayından irəligələn prioritetləri öz gündəlik pedaqoji və ictimaifəaliyyətlərində əsas rəhbər tutacaqlarını bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan PartiyasınınHimni səsləndirilib.

 

Oxşar Xəbərlər

Back to top button