
Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinMərkəzi Asiya dövlət başçılarının Məşvərətgörüşlərində iştirakı son illər regionlararasıinteqrasiyanın və geosiyasi tərəfdaşlığın keyfiyyətcəyeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Prezidentin Türkmənistanın Türkmənbaşı şəhərindəkeçirilən görüşdəki çıxışı Azərbaycan ilə MərkəziAsiya ölkələri arasında tarixi, mədəni və stratejibağların daha da möhkəmləndirilməsi baxımındanmühüm xarakter daşıyır.
Çıxışda vurğulanır ki, Azərbaycan ilə Mərkəzi Asiyadövlətlərini birləşdirən amillər yalnız coğrafiyaxınlıqla məhdudlaşmır. Bu əməkdaşlıq dərin tarixi, mədəni və köklü qardaşlıq münasibətlərinə söykənir. Qlobal geosiyasi çağırışların artdığı müasir dövrdə bucoğrafiyanın vahid strateji məkan kimi çıxış etməsiregional təhlükəsizlik və sabitliyin təminatçısınaçevrilir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə ardıcıl dəvət olunması və bu platformada fəal iştirakı ölkəmizin regiondakı xüsusi çəkisinin və etibarlı tərəfdaş imicinin bariz göstəricisidir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və tranzit dəhlizlərinin inkişafına xüsusi diqqət yetirmişdir. Xüsusilə Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat marşrutlarının ötürücülük qabiliyyətinin artırılması əsas hədəflərdən biri kimi önə çəkilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi Mərkəzi Asiya ölkələrindən gələn yük axınının rəvan və tez bir zamanda Avropaya çatdırılmasına xidmət edir. Sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, vahid rəqəmsal platformaların tətbiqi və tariflərin optimallaşdırılması regionun tranzit cazibədarlığını dəfələrlə artırır. Çıxışın digər mühüm istiqaməti karbohidrogen resurslarının nəqli və bərpa olunan enerji sahəsində birgə layihələrdir. Azərbaycan və Mərkəzi Asiya ölkələri zəngin enerji resurslarına malikdir və bu resursların koordinasiyalı şəkildə dünya bazarlarına çıxarılması tərəflərin iqtisadi suverenliyini gücləndirir. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi və “yaşıl enerji”nin Avropaya ixracı üzrə Mərkəzi Asiya-Azərbaycan-Avropa dəhlizinin qurulması gələcək əməkdaşlığın ana xəttini təşkil edir.
İqtisadi-Ticarət Əlaqələrinə gəldikdə isə dövlət başçısının çıxışında qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, birgə investisiya fondlarının yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi prioritet istiqamətlər kimi qeyd olunub. Ticarət dövriyyəsinin həcminin qısa müddətdə bir neçə dəfə artırılması üçün böyük potensialın olduğu və bu potensialın reallaşdırılması istiqamətində konkret addımların atıldığı diqqətə çatdırılıb. Bir sözlə, Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan bu strateji ox yalnız regional deyil, qlobal miqyasda nəqliyyat və enerji xəritəsini yeniden formalşdırır. Avrasiyamühitində sarsılmaz dostluğa və qarşılıqlı maraqlarasöykənən bu tərəfdaşlıq regional sabitliyin, iqtisaditərəqqinin və təhlükəsizliyin ən etibarlı sütunlarındanbiridir.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatınınsədri



