Ağdamda tarixi-memarlıq irsinin konservasiyası və elmi bərpası

İşğal dövründə ciddi dağıntılara və baxımsızlığa məruz qalmış tarixi abidələrin bərpası böyük elmi və bədii məsuliyyət tələb edir. Ağdam ərazisindəki abidələrin bərpasında memarlıq tarixçiləri, arxeoloqlar, mühəndislər və bərpaçı mütəxəssislər elmi metodikalar əsasında çalışırlar. Hər bir abidənin tarixi təbəqələri və orijinal konstruktiv xüsusiyyətləri diqqətlə öyrənilir.
Elmi əsaslarla aparılan bərpa və konservasiya işləri abidələrin gələcək nəsillər üçün sağlam şəkildə qorunub saxlanmasını təmin edir. Tarixi materialların və ənənəvi tikinti üsullarının müasir mühafizə texnologiyaları ilə uzlaşdırılması abidələrin ömrünü uzadır.
Tarixi-memarlıq irsinin qorunması Ağdamın mədəni kimliyinin bərpası deməkdir. Bu işlər şəhərin yaddaşını yaşadaraq onu gələcəklə birləşdirir.
Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi



