AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Ağdamda kənd təsərrüfatı kooperativləri və aqro-innovasiyalar

Münbit torpaqlara və zəngin aqrar ənənələrə malik Ağdamda kənd təsərrüfatının müasir əsaslarla bərpası bölgənin iqtisadi dirçəlişinin əsas sütunlarından biridir. Müasir dövrdə fermerlərin birgə fəaliyyəti, texnika və suvarma resurslarından səmərəli istifadə məhsuldarlığın artırılmasında mühüm əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı kooperativlərinin yaradılması kiçik və orta təsərrüfatların dayanıqlığını gücləndirir.

Aqro-innovasiyaların, damcı suvarma sistemlərinin, torpaq analizi və rəqəmsal monitorinq alətlərinin tətbiqi əkinçilikdə riskləri azaldır və məhsulun keyfiyyətini yüksəldir. Yerli istehsalın emal müəssisələri ilə əlaqələndirilməsi məhsulun itkisiz bazara çıxarılmasına və əlavə dəyərin yaradılmasına imkan verir.

Müasir aqrar yanaşmalar kənd əhalisinin sabit gəlir əldə etməsinə şərait yaradır. Bu proses Ağdamın aqrar potensialının yeni dövrün tələblərinə uyğun reallaşdırılmasına xidmət edir.

Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button