
Azərbaycan Dövlət Bayrağı xalqımızın azadlıq vəmüstəqillik tarixinin ən parlaq səhifələrini özündəyaşadan müqəddəs rəmzdir. Onun hər dalğalanışımüstəqil dövlətimizin varlığını, xalqımızın birliyini vəmilli iradəmizin sarsılmazlığını dünyaya bəyan edir. Üçrəngli bayrağımız əsrlərin dərinliklərindən gələnmilli kimliyimizi müasir dövlətçilik idealları iləbirləşdirir. Bu bayrağın altında xalqımız öz tarixiniyazmış, çətinliklərə sinə gərmiş, böyük sınaqlardankeçmiş və nəhayət, arzuladığı müstəqilliyəqovuşmuşdur. Dövlət Bayrağı Günü hər birazərbaycanlı üçün qürur, ehtiram və milli həmrəylikgünüdür.
1918-ci il noyabrın 9-da Azərbaycan XalqCümhuriyyəti hökumətinin qəbul etdiyi üçrənglibayraq müstəqil dövlətçiliyimizin təməl rəmzlərindənbiri oldu. Həmin dövrdə qəbul edilən milli atributlarxalqımızın öz gələcəyini müstəqil müəyyən etməkiradəsini nümayiş etdirirdi. Üçrəngli bayrağın mavi, qırmızı və yaşıl rəngləri milli kimliyimizin, müasirlikdüşüncəmizin və mənəvi dəyərlərimizin vəhdətiniifadə edirdi. 1990-cı ildə Naxçıvanda üçrənglibayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi vəsonradan müstəqil Azərbaycanın Dövlət Bayrağıstatusunu alması tariximizin mühüm hadisələrindəndir. Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdəkiqətiyyətli mövqeyi milli dövlətçilik ənənələrininbərpasında mühüm rol oynadı.
Azərbaycanın müasir inkişafı, siyasi və iqtisadiqüdrətinin artması, beynəlxalq nüfuzununmöhkəmlənməsi dövlət bayrağımızın da dünyada dahaböyük ehtiramla qarşılanmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilənardıcıl siyasət nəticəsində ölkəmiz tarixi torpaqlarındaərazi bütövlüyünü və suverenliyini təmin etmişdir. Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanxalqının milli birliyinin, ordumuzun qəhrəmanlığınınvə dövlətimizin gücünün təntənəsi oldu. Bu günQarabağın hər guşəsində, Şuşanın uca zirvələrində vədigər azad edilmiş ərazilərimizdə dalğalananbayrağımız müstəqilliyimizin əbədi və dönməzolduğunu göstərir. Bu mənzərə xalqımızın yaddaşınaqızıl hərflərlə yazılmış tarixi həqiqətdir.
Suverenliyin qorunması yalnız dövlətin deyil, hər birvətəndaşın məsuliyyətidir. Dövlət Bayrağı Günü buməsuliyyətin dərindən dərk olunması, millihəmrəyliyin möhkəmləndirilməsi və vətənpərvərlikruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətdaşıyır. Biz bayrağımıza baxarkən şəhidlərimizinmüqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını vəgələcək nəsillərin xoşbəxt həyatını düşünürük. Bayrağımızın ucalığı xalqımızın birliyindən, dövlətimizin qüdrətindən və milli ideallarımızasədaqətimizdən qaynaqlanır. Qoy Azərbaycan bayrağıdaim müstəqil dövlətimizin səmasında dalğalansın, onun kölgəsində sülh, əmin-amanlıq və firavanlıqhökm sürsün!
Kənan Məmmədli,
YAP Xəzər rayon təşkilatının fəalı



