
Azərbaycanın üçrəngli bayrağı xalqımızın zəngintarixini, qədim mədəniyyətini və müasir dövlətçilikdüşüncəsini özündə birləşdirən əvəzsiz milli sərvətdir. Bu bayraq xalqımızın milli kimliyinin, azadlıq eşqininvə müstəqil yaşamaq əzminin ifadəsidir. Onun hərdalğalanışında Vətənimizin gözəlliyi, xalqımızınqəhrəmanlığı və dövlətimizin gələcəyə inamı duyulur. Bayrağımızın rəngləri sanki tariximizin müxtəlifqatlarından süzülərək bu günümüzə gəlib çatmışmənəvi dəyərlərin canlı təcəssümüdür. 9 Noyabr – Dövlət Bayrağı Günü bu dəyərlərə sahib çıxmaq, onlarıqorumaq və gələcək nəsillərə ötürmək üçün mühümmənəvi çağırışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları 1918-ci ildə müstəqil dövlətin rəmzlərini müəyyənləşdirərkənxalqımızın milli və mənəvi xüsusiyyətlərini əsasgötürmüşdülər. Noyabrın 9-da qəbul edilən üçrənglibayraq türkçülük, müasirlik və islamçılıq ideyalarınınvəhdətini əks etdirirdi. Bu bayraq qısa müddət ərzindəxalqımızın dövlətçilik simvoluna çevrildi. Cümhuriyyətin süqutundan sonra uzun illər dövlətbayrağımızın rəsmi istifadəsi mümkün olmasa da, onunideyası xalqın qəlbində yaşamağa davam etdi. 1991-ci ildə müstəqilliyin bərpası ilə üçrəngli bayrağımızyenidən dövlətimizin əsas atributlarından biri oldu vəmilli varlığımızın ayrılmaz hissəsinə çevrildi.
Bu gün Azərbaycan dövlətçiliyi yeni inkişafmərhələsini yaşayır. Ölkəmizin iqtisadi potensialınıngüclənməsi, beynəlxalq münasibətlər sistemindəmövqeyinin möhkəmlənməsi, genişmiqyaslıinfrastruktur layihələrinin həyata keçirilməsi müstəqildövlətimizin uğurlarını nümayiş etdirir. Prezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazibütövlüyünün və suverenliyinin bərpa edilməsi millitariximizin ən möhtəşəm nailiyyətlərindəndir. Azadedilmiş ərazilərimizdə aparılan quruculuq işləri, yenidən tikilən yollar, məktəblər, yaşayış məntəqələrivə yaradılan yeni imkanlar dövlətimizin gələcəyəyönəlmiş inkişaf strategiyasını əks etdirir. Bütün buuğurların üzərində dalğalanan üçrəngli bayrağımız isəxalqımızın qürur mənbəyidir.
Milli irsimizin qorunması və gələcək nəsillərəötürülməsi hər birimizin qarşısında duran mühümvəzifədir. Dövlət Bayrağı Günü xüsusilə gənclərinmilli ruhda tərbiyə olunması, dövlət rəmzlərinəhörmətin artırılması və vətənpərvərlik hissləriningücləndirilməsi baxımından əhəmiyyətlidir. Hər birgənc bayrağımızın tarixini bilməli, onun uğrundacanından keçən qəhrəmanlarımızın xatirəsini daim ucatutmalıdır. Çünki bayrağın ucalığı yalnız onundalğalandığı yüksəkliklə deyil, onu qoruyan xalqınmənəvi gücü ilə ölçülür. Üçrəngli bayrağımız gələcəknəsillərin də qürurla daşıyacağı milli əmanətimizdir. Qoy bu müqəddəs bayraq daim yüksəklərdədalğalansın!
Lalə Tahirova,
YAP Xəzər rayon təşkilatının fəalı



