
Azərbaycan Respublikasının xarici siyasətində Cənub-Şərqi Asiya ölkələri və Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Məşvərət Şurası (AQEM) çərçivəsində əməkdaşlıq dinamik şəkildəgenişlənməkdədir. Bu çərçivədə Kamboca KrallığınınBaş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ikiölkə arasında 30 ildən artıq dövrü əhatə edəndiplomatik münasibətlərdə mühüm dönüş nöqtəsiolmuşdur. Səfər çərçivəsində keçirilən rəsmiqarşılanma mərasimi, təkbətək və geniş tərkibligörüşlərdən sonra dövlət və hökumət başçılarımətbuata bəyanatlarla çıxış edərək ikitərəfli vəçoxtərəfli əməkdaşlığın prioritet istiqamətlərini bəyanetmişlər.
Prezident İlham Əliyev bəyanatında Kamboca Başnazirinin səfərinin və AQEM Sammitində iştirakınınikitərəfli münasibətlərin inkişafına böyük töhfəverdiyini vurğulamışdır. İki ölkə arasında diplomatikəlaqələrin 30 ildən çox tarixi olduğunu qeyd edəntərəflər, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusiləBMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlıdəstək və həmrəyliyin vacibliyini diqqətə çatdırmışlar.
Hər iki ölkə beynəlxalq hüququn aliliyinə, suverenliyəvə ərazi bütövlüyünə sadiqlik nümayiş etdirir. Parlamentlərarası əlaqələrin inkişafı və dostluqqruplarının fəaliyyəti də bu həmrəyliyin əsassütunlarından biri kimi dəyərləndirilmişdir. Səfərzamanı aparılan müzakirələrin mərkəzində iqtisadi-ticarət əlaqələrinin və investisiya imkanlarınıngenişləndirilməsi dayanmışdır. Dövlət xidmətlərininrəqəmsallaşdırılmasında Prezident İlham ƏliyevinAzərbaycanın brendi olan “ASAN xidmət” təcrübəsiniKamboca ilə bölüşməyə hazır olduğunu bildirməsi Azərbaycanın Kamboca ilə təcrübə mübadiləsində maraqlı olduğunu göstərir. Bu modelin tətbiqi idarəetmədə şəffaflığın artırılması və dövlət xidmətlərinin modernləşdirilməsi üçün olduqca mühüm platformadır.
Xüsusilə vurğulamaq lazımdır ki, hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması və biznes forumlarının təşkili barədə razılığa gəlinməsi iki ölkə arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasından xəbər verir. Bu baxımdan Kamboca Baş naziri Hun Manetin Bakı AQEM Sammitində iştirakı Azərbaycanın Asiya regionu ölkələri ilə çoxtərəfli diplomatiyasının uğurlu göstəricisidir.
Hər iki ölkənin keçmişdə üzləşdiyi oxşar tarixi çağırışlar olmuşdur. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidenqurma işləri, “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə keçmiş məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtması barədə məlumat vermişdir. Bu xüsusda, minalardan təmizlənmə kimi humanitar məsələlərdə təcrübə mübadiləsinin vacibliyi qeyd olunmuşdur.
Baş nazir Hun Manet isə öz növbəsində bu səfərin iki ölkə arasında yeni strateji imkanlar açacağını vurğulamışdır. Azərbaycan-Kamboca münasibətləri yalnız ikitərəfli müstəvidə deyil, həm də Cənub-Şərqi Asiya və Mərkəzi Asiya regionları arasında körpü rolu oynayan çoxtərəfli formatda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri


