
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərindəAzərbaycan Respublikası və Mərkəzi Asiya DövlətBaşçıları arasında keçirilən 8-ci Məşvərət görüşündəsəsləndirdiyi fikirlər Azərbaycanın regiondakı artanrolunu və dost dövlətlərlə münasibətlərinin stratejixarakter daşıdığını bir daha təsdiqlədi. Azərbaycanınbu formata tamhüquqlu üzv kimi qoşulması ölkəmizinMərkəzi Asiya ilə tarixi, siyasi, iqtisadi və mədənibağlarının daha da möhkəmlənməsi baxımındanmühüm hadisədir. Azərbaycan və Mərkəzi Asiyaxalqlarını birləşdirən ortaq tarix, dil və mənəvi dəyərlərqarşılıqlı münasibətlərin möhkəm təməlini təşkil edir. Prezidentin çıxışında bu münasibətlərin artıq konkretlayihələr, qarşılıqlı investisiyalar, ticarət əlaqələri vəyüksək səviyyəli siyasi dialoqla zənginləşdiyi xüsusivurğulanıb. Xüsusilə Azərbaycanın işğaldan azadedilmiş ərazilərinin bərpasında Özbəkistan, Qazaxıstanvə Qırğızıstanın göstərdiyi qardaş dəstək xalqlarımızarasında dostluğun və həmrəyliyin ən parlaqnümunələrindən biri kimi qiymətləndirilə bilər.
Bu gün Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələriXəzərin hər iki sahilində yeni iqtisadi imkanlarınyaranmasına səbəb olan böyük bir əməkdaşlıq xəritəsiformalaşdırır. Nəqliyyat sahəsində həyata keçirilənlayihələr, xüsusilə Orta Dəhlizin inkişafı AzərbaycanıMərkəzi Asiyanı Avropa və dünya bazarları iləbirləşdirən mühüm tranzit mərkəzlərindən birinəçevirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi10 faizdən çox artıb, 2026-cı ilin ilk səkkiz ayında isəartım təxminən daha 20 faiz təşkil edib. Bu rəqəmlərsadəcə statistik göstəricilər deyil; onlar Azərbaycanınbeynəlxalq nəqliyyat sistemində mövqeyiningüclənməsinin, ölkəmizin infrastruktur imkanlarınagöstərilən etimadın və region dövlətlərinin qarşılıqlıəlaqələrinin dərinləşməsinin ifadəsidir. Xəzərüzərindən keçən yollar artıq Şərqlə Qərbi, MərkəziAsiya ilə Azərbaycanı, Azərbaycan vasitəsilə isə dahageniş beynəlxalq bazarları birləşdirən stratejiarteriyaya çevrilməkdədir.
Görüşdə enerji əməkdaşlığına verilən önəm dəAzərbaycanın regionda oynadığı mühüm rolu aydınşəkildə göstərir. Türkmənistan və Qazaxıstan neftininAzərbaycan ərazisi vasitəsilə beynəlxalq bazarlara nəqlolunması, bərpaolunan enerji sahəsində əməkdaşlığıngenişləndirilməsi və Qazaxıstan, Özbəkistan vəAzərbaycan arasında yaşıl enerji dəhlizinin yaradılmasıistiqamətində aparılan işlər gələcəyin enerjimənzərəsinin formalaşdırılmasına mühüm töhfə verir. Bununla yanaşı, Prezident İlham Əliyevin çıxışındasülh və təhlükəsizliyin bütün bu nailiyyətlərin əsasşərti kimi təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Çünki iqtisadi tərəfdaşlığın dərinləşməsi, nəqliyyatyollarının genişlənməsi və enerji layihələrinin həyatakeçirilməsi yalnız sabitlik və qarşılıqlı etimadşəraitində mümkündür. Türkmənbaşı görüşü dəgöstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləriyalnız bu günün məsələlərini həll etməkləkifayətlənmir, gələcək nəsillər üçün daha təhlükəsiz, dayanıqlı və firavan region qurmaq istiqamətində ortaqiradə nümayiş etdirirlər.
Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi



