GündəmSosial

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Aktualinfo Media Qrup  Oxu.Az-a istinadən,  hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini Zülfüqar Şükürovun sürdüyü “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü və sərnişinləri – Adilə Şükürova, Məhsəti Səfəri və onun həyat yoldaşı, iranəsilli Azərbaycan vətəndaşı Hassani Səfər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər

Back to top button