
Azərbaycan dövləti beynəlxalq hüquq normalarını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücü ilə icra edərək dünyada bənzərsiz bir presedent yaratmışdır. Torpaqları uzun illər işğal altında olan ölkəmiz bu haqsızlığa qətiyyətlə son qoydu.
Prezident İlham Əliyev Almaniyaya rəsmi səfəri zamanı bir daha bəyan etmişdir ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən dərhal sonra Ermənistana sülh təklif etmişdir. Müsbət cavabın alınması isə bölgədə tamamilə yeni və tarixi bir dövrün başlanması deməkdir.
Münaqişənin həlli həm regional inkişafa, həm də qlobal təhlükəsizliyə birbaşa müsbət təsir göstərir. Azərbaycanın yaratdığı bu yeni reallıq Almaniya və digər Avropa ölkələri tərəfindən böyük rəğbətlə qarşılanır.
Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi



