AnalitikaGündəmSiyasət

Dövlət bayrağımız – tariximizin, kimliyimizin və milli birliyimizin təcəssümü

Hər bir xalqın tarixində onun mənəvi dünyasını, millikimliyini və dövlətçilik iradəsini ifadə edən müqəddəsrəmzlər mövcuddur. Azərbaycan xalqı üçün burəmzlərin ən ucası, ən əzizi və ən dəyərlisi üçrəngliDövlət Bayrağımızdır. Onun hər dalğalanışındaxalqımızın keçmişi, bu günü və gələcəyi bir arayagəlir. Bayrağımıza baxarkən əsrlər boyu qorunubsaxlanılan milli-mənəvi dəyərlərimizi, azadlıqarzularımızı, müstəqillik uğrunda mübarizəmizi vəVətən sevgimizi görürük. 9 Noyabr – Dövlət BayrağıGünü bu müqəddəs rəmzə olan ehtiramımızın, dövlətimizə və xalqımıza bağlılığımızın ifadəolunduğu əlamətdar gündür.

Üçrəngli bayrağımızın yaranması Azərbaycan XalqCümhuriyyətinin qurulması ilə sıx bağlıdır. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanınyaradılması xalqımızın dövlətçilik tarixində yeni birsəhifə açdı. Həmin il noyabrın 9-da qəbul edilənüçrəngli bayraq müstəqil Azərbaycan dövlətininideoloji və mənəvi əsaslarını özündə birləşdirdi. Bubayraq milli varlığımızın, türk kimliyimizin, müasirlikdüşüncəmizin və mənəvi dəyərlərimizin rəmzinəçevrildi. Cümhuriyyətin ömrü qısa olsa da, onundövlətçilik ideyaları xalqımızın yaddaşında yaşadı vəmüstəqilliyimizin bərpası ilə yenidən gerçəkləşdi.

Müstəqil Azərbaycanın inkişafında dövlət rəmzlərininqorunması və təbliği hər zaman mühüm yer tutmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilikideologiyasının formalaşdırılmasına, xalqımızın tarixiyaddaşının və milli dəyərlərinin qorunmasına xüsusidiqqət yetirmişdir. Prezident İlham Əliyevin rəhbərliyiilə həyata keçirilən ardıcıl siyasət nəticəsindəAzərbaycan bu gün regionun güclü dövlətlərindənbirinə çevrilmişdir. Xüsusilə 2020-ci ildə Vətənmüharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildəölkəmizin suverenliyinin tam bərpası üçrənglibayrağımızın əzəmətini daha da artırmışdır. Bu günbayrağımızın azad Qarabağda və Şərqi Zəngəzurdadalğalanması xalqımızın milli qürurunun ən parlaqifadəsidir.

Dövlət Bayrağı Günü yalnız təqvimdə qeyd olunanəlamətdar tarix deyil, həm də hər bir vətəndaşın özdövlətinə, xalqına və Vətəninə münasibətini ifadə edənmənəvi gündür. Bayrağımızın ucalığı dövlətimizingücündən, xalqımızın birliyindən və milli iradəsindənxəbər verir. Onu qorumaq, hörmətlə yanaşmaq vəgələcək nəsillərə sevgi ilə ötürmək hər birimizinvətəndaşlıq borcudur. Bu gün məktəblərdə, ailələrdə, ictimai tədbirlərdə bayrağımızın tarixinin öyrədilməsimilli ruhun daha da möhkəmlənməsinə xidmət edir. Üçrəngli bayrağımız daim azad səmalarda dalğalansın, müstəqil Azərbaycanımızın gələcəyi daim parlaqolsun!

Elvin Həsənov,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button