İdman

Federasiya prezidenti istefaya göndərildi

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey istefaya göndərilib.

Reportyorinfo.az xəbər verir ki, bu barədə FFF-in rəsmi saytı məlumat yayıb.

Bir ara adı təcavüz qalmaqalında hallanan Noel Le Qrey bir neçə gün öncə də milli komandanın sabiq futbolçusu Zinəddin Zidanla bağlı xoşagəlməz fikirlər səsləndirmişdi. Onun məhz bu açıqlaması futbol ictimaiyyəti tərəfindən kəskin tənqidlərə məruz qalmışdı. FFF-in bu gün bir araya gələn İcraiyyə Komitəsi onun vəzifəsindən kənarlaşdırılmasına qərar verib. Onu müvəqqəti olaraq vitse-prezident Filipp Diallonun əvəzləyəcəyi diqqətə çatdırılıb.

Oxşar Xəbərlər

Back to top button