
Oktyabrın 12-də “B. Bağırova küç.17” ünvanı üzrə(K.Fərəcova adına Elmi-Təqdiqat Pediatriya İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənabİlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindənirəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev, K.Fərəcova adına Elmi-TəqdiqatPediatriya İnstitutunun direktoru Aynur Poluxova, YeniAzərbaycan Partiyası Veteranlar Şurasının üzvü MisirMərdanov, YAP Yasamal rayon təşkilatınınəməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirakediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazibütövlüyü və suverenliyi uğrunda canından keçmişşəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlayıb. Ardınca AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən K.Fərəcova adına Elmi-Təqdiqat Pediatriya İnstitutunun direktoru AynurPoluxova tədbir iştirakçılarını salamlayaraq keçirilənmüşavirənin müstəsna əhəmiyyətə malik olduğunubildirib. O qeyd edib ki, Yeni Azərbaycan PartiyasınınVIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında yeniinkişaf mərhələsinin əsasını qoymuşdur. AzərbaycanRespublikasının Prezidenti, Yeni AzərbaycanPartiyasının sədri cənab İlham Əliyevin qurultaydakıdərin məzmunlu və proqram xarakterli nitqi qarşıdaduran strateji vəzifələri aydın şəkildə müəyyənetmişdir. A.Poluxova vurğulayıb ki, ölkəmizdəsəhiyyə sisteminin müasirləşdirilməsi, uşaq sağlığı vəgenofondun qorunması dövlətimizin prioritet siyasətistiqamətlərindən biridir. K.Fərəcova adına Elmi-Təqdiqat Pediatriya İnstitutunun kollektivi və ərazipartiya təşkilatının üzvləri cənab Prezidentin rəhbərliyiilə həyata keçirilən dövlət siyasətinə hər zamansadiqdir. O, institutun tibbi heyətinin həm uşaqlarınsağlamlığının etibarlı qorunması, həm də YAP-ınideoloji xəttinin təbliği istiqamətində əzmləçalışacağını diqqətə çatdırıb.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənabİlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixinitqinin məzmunu və gələcək hədəflər barədə etdiyigeniş və ətraflı təhlili iştirakçıların diqqətinə çatdırıb. Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli LiderHeydər Əliyevin banisi olduğu Yeni AzərbaycanPartiyası yarandığı gündən ölkəmizin müstəqilliyininmöhkəmləndirilməsi, dövlətçilik ənənələrininqorunması və zəfər dolu tərəqqi yolunun əsashərəkətverici qüvvəsi olmuşdur. Cənab Prezidentİlham Əliyevin rəhbərliyi ilə qazanılan Müzəffər Zəfərvə ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpaedilməsi partiyamızın siyasi kursunun təntənəsidir. VIII Qurultayda irəli sürülən prioritetlər və veriləntapşırıqlar partiya strukturlarının, xüsusilə də ərazipartiya təşkilatlarının fəaliyyətinin daha müasir, dinamik və effektiv prinsiplər əsasında qurulmasınıtələb edir. Bu gün hər bir partiya üzvü postmüharibədövrünün gətirdiyi yeni reallıqlara uyğun olaraq dahafəal olmalı, ideoloji işin keyfiyyətinin artırılmasına, gənclərin milli-mənəvi dəyərlər ruhiyyəsində tərbiyəolunmasına və idarəetmədə çevikliyin təminedilməsinə öz töhfəsini verməlidir. B.Nəbiyevvurğulayıb ki, elm və səhiyyə ocaqlarında fəaliyyətgöstərən ərazi partiya təşkilatlarının üzvləri həmişə özyüksək intellektual potensialı və dövlətçiliyə sədaqətiilə seçilib. Sonda B.Nəbiyev YAP Yasamal rayon təşkilatının üzvlərinin və fəallarının cənab Prezidentinmüəyyənləşdirdiyi strateji hədəflərin uğurlareallaşdırılması, cəmiyyətdə partiya ideyalarının təbliğivə rayon miqyasında sosial-siyasi fəallığın daha dayüksəldilməsi istiqamətdə yorulmaz fəaliyyətini əzmlədavam etdirəcəyini bildirib.
Çıxış edən YAP Veterenalar Şurasının üzvü MisirMərdanov partiyanın keçdiyi şərəfli və zəngin inkişafyolundan, Ulu Öndər Heydər Əliyevin Azərbaycandövləti və xalqı qarşısındakı tarixi xidmətlərindəndanışıb. Misir Mərdanov qeyd edib ki, ÜmummilliLiderin formalaşdırdığı dövlətçilik məktəbi müasirAzərbaycanın möhkəm təməlidir. Cənab Prezidentİlham Əliyevin müzaffər rəhbərliyi ilə qazanılan tarixinailiyyətlər və YAP-ın VIII Qurultayında müəyyənedilən gələcək inkişaf konsepsiyası ölkəmizi dahaparlaq sabahlara aparır. M.Mərdanov təcrübəli partiyaveteranlarının hər zaman gənc nəslə dəstək olmağahazır olduğunu bildirib, səhiyyə işçilərini və partiyafəallarını milli maraqlarımızın qorunmasında, dövlətçilik ideallarının təbliğində həmişə ön sıralardaolmağa çağırıb.
Çıxış edənlər K.Fərəcova adına Elmi-TəqdiqatPediatriya İnstitutunun əməkdaşları Adilə Hacıyeva, Gülnarə İlyasova çıxış edərək ərazi partiya təşkilatında keçirilən bu cür müzakirələrin partiya fəallarının maarifləndirilməsi və təşkilatlanmasında böyük rol oynadığını diqqətə çatdırıblar. Onlar vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, xüsusilə tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və səhiyyə işçilərinə gösterilən diqqət və qayğı hər bir tibb işçisini daha məsuliyyətlə çalışmağa ruhlandırır. Çıxış edənlər Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqdan qürur duyduqlarını və dövlət başçısının müəyyən etdiyi tapşırıqların icrası üçün var gücləri ilə çalışacaqlarını bəyan ediblər
Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
















