AnalitikaQarabağ və Şərqi ZəngəzurSiyasət

Laçın – Yaşıl Enerji və Ekoloji Dayanıqlılığın Zirvəsi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq olunan yaşıl enerji strategiyasının mərkəzində dayanan Laçın rayonu ekoloji təmiz tərəqqinin ən parlaq nümunəsidir. İşğal illərində təbii resursları amansızcasına istismar olunan bu bölgə, qələbədən sonra ekoloji baxımdan tamamilə bərpa edilərək “yaşıl enerji” zonasına çevrilmişdir. Rayon ərazisindəki Həkəri və Zabux çayları üzərində inşa olunan kiçik su elektrik stansiyaları, o cümlədən Güləbird, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Aşağı Malıbəyli, Mirik və Ağbulaq SES-lər regionun enerji tələbatını tamamilə bərpa olunan mənbələr hesabına ödəyir.

Rayonun enerji təminatındakı bu uğurlar 2026-cı ilin iyulunda Hoçaz çayı üzərində açılan yeni stansiyalarla daha da güclənmişdir. Laçın rayonunun mövcud elektrik tələbatı tamamilə yaşıl enerji hesabına qarşılandığı üçün artıq qalan enerji birbaşa ölkənin mərkəzləşmiş enerji sisteminə ötürülür. Eyni zamanda, 2026-cı ilin iyulunda təməli qoyulan “Həkəriçay” su anbarı ümumi tutumu 100 milyon kubmetr olmaqla, gələcəkdə Laçınla yanaşı Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının əhalisini keyfiyyətli içməli su ilə təmin edəcəkdir.

Ekoloji tarazlığın qorunması və bərpa prosesi paralel şəkildə həyata keçirilir. Prefabrik modul evlərin istehsalı müəssisəsində hazırlanan məhsullar zəlzələyə davamlılığı, ekoloji cəhətdən təmizliyi, uzunömürlülüyü və sərfəli qiyməti ilə seçilir. Bu cür müəssisələrdə çalışan sakinlər həm daimi iş yeri ilə təmin olunur, həm də bölgənin yaşıl iqtisadiyyatına birbaşa töhfə verirlər.

Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Zabux, Sus və Bəylik kəndlərində inşa edilən fərdi evlərin və sosial obyektlərin işıqlandırılmasında tamamilə günəş panelləri kimi yaşıl enerji mənbələrindən istifadə olunur. Bu yanaşma kəndlərin həm infrastruktur baxımından müasir olmasını, həm də ətraf mühitə mənfi təsirin minimuma endirilməsini təmin edir.

Laçının yaşıl enerji və ekoloji dayanıqlılıq modeli Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə nümayiş etdirdiyi qətiyyətli mövqenin əyani təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu ekoloji siyasət Laçını gələcəyin ən təmiz və yaşana bilən məkanına çevirmişdir.

Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button