
Müstəqil dövlətin davamlı inkişafı, milli maraqlarının qorunması və idarəçilik sistemininsəmərəli fəaliyyəti möhkəm hüquqi təməlin mövcudluğundan asılıdır. AzərbaycanRespublikasının Konstitusiyası ölkəmizin dövlətçilik modelini müəyyən edən, xalqın suvereniradəsini ifadə edən və hüquqi münasibətlərin əsas çərçivəsini formalaşdıran ali qanundur. Busənəd Azərbaycanın müstəqillik tarixində mühüm mərhələ olmaqla, demokratik dövlətquruculuğunun hüquqi əsaslarını müəyyən etmişdir.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Konstitusiya müstəqilAzərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı. Həmin dövrdə ölkənin qarşısında dövlət idarəçiliyinin hüquqi əsaslarını yaratmaq, hakimiyyətorqanlarının səlahiyyətlərini müəyyənləşdirmək, vətəndaşların hüquq və azadlıqlarını təminetmək kimi vacib vəzifələr dayanırdı. Yeni Əsas Qanunun qəbul edilməsi bu məsələlərin vahidhüquqi çərçivədə tənzimlənməsinə şərait yaratdı.
Konstitusiyanın hazırlanması ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçiriləndövlət quruculuğu siyasətinin mühüm istiqamətlərindən biri idi. Onun rəhbərliyi ilə hazırlanmışsənəd Azərbaycan xalqının dövlətçilik ənənələrini müasir hüquqi prinsiplərlə uzlaşdıraraqmüstəqil dövlətin siyasi və hüquqi sisteminin əsasını formalaşdırdı. Konstitusiyanın qəbuledilməsi ölkədə qanunvericilik sisteminin inkişafına və dövlət institutlarının fəaliyyətinin hüquqiəsaslarla təşkilinə istiqamət verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın tarixi əhəmiyyətinivurğulayaraq bildirmişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş KonstitusiyaAzərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğumərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli LideriHeydər Əliyev olmuşdur.” Bu fikirlər Əsas Qanunun müstəqil dövlətçilik tariximizdəki yerini vəhüquqi dövlət quruculuğunun formalaşmasında oynadığı rolu aydın şəkildə ifadə edir.
Konstitusiyanın əsas prinsiplərindən biri insan hüquq və azadlıqlarının qorunmasıdır. Sənəddəvətəndaşların hüquqi statusu, dövlət qarşısında təminatları və qanunla müəyyən edilmişvəzifələri təsbit olunmuşdur. Hüquq bərabərliyi, şəxsi toxunulmazlıq, fikir və söz azadlığı, təhsilalmaq və mülkiyyət hüququ kimi müddəalar cəmiyyətin hüquqi əsaslarla inkişafına xidmət edir. Bu hüquqların qorunması dövlət orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsini vəhüquqi mexanizmlərin səmərəli tətbiqini tələb edir.
Müasir Azərbaycanın inkişafında Konstitusiyanın əhəmiyyəti dövlət idarəçiliyinin təşkili iləyanaşı, iqtisadi və sosial münasibətlərin tənzimlənməsində də özünü göstərir. Əsas Qanundövlətin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, vətəndaşların hüquqlarını qoruyur vəqanunvericilik sisteminin təkmilləşdirilməsi üçün baza rolunu oynayır. Dövlət qurumlarınınsəlahiyyətlərinin hüquqi çərçivədə müəyyən edilməsi idarəçilikdə ardıcıllığın və məsuliyyətintəmin olunmasına kömək edir.
Konstitusiya Günü hər il ölkəmizdə müstəqil dövlətçiliyin hüquqi əsaslarını xatırladan əlamətdartarix kimi qeyd olunur. Bu günün mahiyyəti yalnız tarixi hadisənin yad edilməsi iləməhdudlaşmır. Eyni zamanda, qanunun aliliyinə hörmət, vətəndaş məsuliyyəti və hüquqimaarifləndirmənin əhəmiyyəti bir daha diqqətə çatdırılır.
Azərbaycan Konstitusiyası xalqımızın müstəqillik iradəsinin hüquqi ifadəsi və dövlətçiliyimizinəsas dayaqlarından biridir. Bu sənəddə müəyyən edilmiş prinsiplərin qorunması, insanhüquqlarına hörmət və qanunçuluğun möhkəmləndirilməsi ölkəmizin davamlı inkişafı üçünmühüm şərtlərdir. Əsas Qanunun yaratdığı hüquqi çərçivə Azərbaycanın müstəqil dövlət kimiinkişaf yolunun müəyyənləşdirilməsində öz əhəmiyyətini qoru
Kamil Qasimov,
YAP Xətai rayon təşkilatı fəalı



